veten informasiya agentliyi

"Başqasından hamilə qalan qadını özünə arvad edən kişiyə kim qardaş deyər ki?!" - Kənan M.M

Tarix:30-03-2017, 14:33
Baxış Sayı:974

"Başqasından hamilə qalan qadını özünə arvad edən kişiyə kim qardaş deyər ki?!" - Kənan M.M















Rejissor Kənan M.M. bu gün Gənclik Mall-da "The game" filminin qala gecəsində iştirak edib.

O, filmlə bağlı hər hansı bir fikir bildirməyin hələ tez olduğunu söyləyib. "Filmi izləməmişəm, ona görə də hansısa rəy deyə bilmərəm. Düzünü desəm, indi çəkilən film təqdimatlarını axıra kimi izləmirəm, qaçıram. Çünki düzünü desəm ayıb olur, danışmasam da olmur. Kino sahəsinə ümidimiz böyükdür, yaxşı olacaq". Kənan M.M. gələcək planlarından danışıb.

O, həm çəkilişlər barədə məlumat verib, həm də film haqqında mənfi rəy söyləyən tamaşaçılara giley edib. Kənan deyib ki, Azərbaycan tamaşaçısı dram yox, komediya filmini xoşlayır: "Tamaşaçılara da təşəkkürümü bildirirəm, çox sağ olsunlar ki, Kənan M.M.-i "sındırdılar". İndi yeni film çəkirəm, adı "Ağ ət". "Gecə qonağı" filmi uğurlu oldu, biz Pərvinlə hara gedirdiksə hamı xahiş edirdi ki, "Gecə qonağı-2" gəlsin". Çoxları düşünür ki, "Gecə qonağı" filmində mən yalnız qadınların pis tərəfini göstərmişəm. Əslində isə belə deyil. Mən o filmi ərsəyə gətirməklə qadınların gücünün nəyə çatdığını göstərmək istəmişəm. Bilirsiniz, həyatda yazılmayan qanunlar vardır. O filmə baxanlardan evli təbəqə bəlkə haqlı, bəlkə də haqsız olaraq Fərdanı, subay qadınlar Pərvini söydü. Baxın, həmin o Pərvini söyənlər onun kimi yalnız qalanlar idi.

Məsələn, keçən dəfə "Vicdan haqqı" filmində bir səhnəyə baxdım. Kişi başqasından hamilə qalan qadını evə gətirir və onunla evlənəcəyəm deyir. İndi mənə deyin görüm, başqasından hamilə qalan qadını özünə arvad edən kişiyə kim ata, qardaş deyər ki?!". /// big.az

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır