veten informasiya agentliyi

“Sosial şəbəkə əxlaqsızlığı artırır” – Əməkdar artist

Tarix:31-01-2019, 15:07
Baxış Sayı:672

“Sosial şəbəkə əxlaqsızlığı artırır” – Əməkdar artist














Əməkdar artist Cavanşir Məmmədov sosial şəbəkə istifadəçilərini tənqid edib.

Dərgi.az-ın məlumatına görə, müğənni “Bizimləsən” verilişində müzakirəyə çıxarılan bir qadının evdən qaçması məsələsinə münasibət bildirib. Məmmədov bildirib ki, əxlaqsızlıqların səbəbkarı sosial şəbəkələrdir:

“Sosial şəbəkə olmasaydı, o qadın Neftçaladan hara ilə danışardı? Əvvəl Naxçıvanla danışmaq üçün 1 həftə növbəyə dayanırdıq. İndi oturursan burada, Amerika ovcunun içindədir”.

Proqramda qonaq olar jurnalist Ülviyyə Alovlu isə “Biz də sosial şəbəkədə otururuq. Deyin ki, telefondan başlayır. Bu səbəbdəndir ki, mentalitetə belə şeylər sızdırırsınız. Cəmiyətin beyninə yeridirsiniz ki, sosial şəbəkədən istifadə edən əxlaqsızdır. Kimsə əxlaqsızdırsa, bunun bəraətini sosial şəbəkəyə qazandırmaq lazım deyil” sözləriylə, müğənniyə etirazını bildirib.

C.Məmmədov isə fikrindən daşınmayaraq “Əxlaqsız adam sosial şəbəkə ilə əxlaqsız çevrəsini böyüdür” cavabını verib.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı