veten informasiya agentliyi

Ziya Məmmədov İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsindən çıxarıldı

Tarix:21-02-2017, 12:28
Baxış Sayı:695

Ziya Məmmədov İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsindən çıxarıldı












Bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirildi. Sərəncamdan sonra Ziya Məmmədov nazir vəzifəsini itirmiş oldu

Bundan başqa, sabiq nazir Prezidentin 18 noyabr 2015-ci il tarixli IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında imzaladığı sərəncamla təşkilat komitəsinin üzvləri sırasında təmsil olunurdu.

Unikal.org xəbər verir ki, Ziya Məmmədov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, sabiq nazir 2017-ci ildə Bakıda keçiriləcək Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin və 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Təşkilat Komitəsinin üzvlüyündən də çıxarılıb.

Beləliklə, Ziya Məmmədov nazir postundan getməklə daha üç vəzifəsini itirmiş oldu. Onu da nəzərə çatdıraq ki, Ziya Məmmədovu həmin vəzifələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əvəzləyəcək.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı