veten informasiya agentliyi

İDEAL-da şok saxtakarlıq: Vətəndaşa 469 manatlıq saxta ətir satdı

Tarix:20-02-2017, 14:33
Baxış Sayı:912

İDEAL-da şok saxtakarlıq: Vətəndaşa 469 manatlıq saxta ətir satdı

















"İdeal" adı kimi ideal olmayan ətirlər satır

Bunu Qafqazinfo-ya müraciətində Kəmalə Salayeva adlı müştəri yazıb. O müraciətində iddia edib ki, "İdeal" Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsinin satdığı ətirlər orijinal deyil. Xanım müştəri "İdeal"dan aldığı 469 manat dəyərində ətrin iyinin qalıcı olmadığını söyləyib:

"Fevralın 13-də "İdeal"ın "Gənclik Mall"dakı filialından 10 faiz endirimlə 469 manata "Roja" parfümü aldım. Evdə açıb vuranda ətrin iyinin qalıcı olmadığını hiss etdim. Elə bil su vurdum. Bu ətirdən mütəmadi istifadə etdiyimçün budəfəkinin orijinal olmadığını düşündüm. Onu mağazaya aparıb başqa ətir ilə dəyişdirilməsini və ya pulumu geri qaytarmalarını xahiş etdim. Mənə heç nə edə bilməyəcəklərini dedilər. Ətri mağazada qoydum və onlardan cavab gözləyəcəyimi bildirdim. Dəfələrlə mağaza ilə, menecer ilə əlaqə saxlasam da nəticə olmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirlər, incidirlər".

Məsələ ilə bağlı "İdeal" Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsindən qafqazinfo-ya bildirilib ki, qeyd edilən şikayət araşdırılıb: "Məhsul istifadə edilib, qalıcılığı ilə problem yoxdur. Məhsulun orijinallığı barədə ofis və ya mağazamıza yaxınlaşıb, sertifikatlarla tanış ola bilərsiniz. İstifadə edilmiş məhsullar geri qaytarılmır və əvəzlənmir".

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı