veten informasiya agentliyi

Sumqayıta gedənlərin NƏZƏRİNƏ — Ödənişi kartla edəcəksiniz

Tarix:13-08-2018, 12:16
Baxış Sayı:513

Sumqayıta gedənlərin NƏZƏRİNƏ — Ödənişi kartla edəcəksiniz














Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə bu gündən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcəkdir. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaqdır. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.

Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar.
Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər.

Qeyd edək ki, gediş kartından istifadə qaydaları ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin www.ady.az saytında tanış olmaq olar.

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Elşad Xosedən yeni xəbər var
Elşad Xosedən yeni xəbər var
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
DİM-dən abituriyentlərə xəbərdarlıq
DİM-dən abituriyentlərə xəbərdarlıq