veten informasiya agentliyi

“Şərq” bazarının taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix:27-07-2018, 10:07
Baxış Sayı:491

“Şərq” bazarının taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA














Sosial şəbəkələrə "Şərq" bazarın sökülməsi ilə bağlı məlumatlar yayılıb.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov lent.az-a açıqlama verərək məsələyə aydınlıq gətirib. Ş.İbadov bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək: "Şərq Bazarı artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konstruksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq".

RİH başçısının birinci müavini əlavə edib ki, hazırda "Şərq" bazırının daxilində təmir işləri aparılır: "Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra "Şərq" bazarında işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək"

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı