veten informasiya agentliyi

Bakıda 300 orta məktəb direktoruna töhmət verildi – 30 direktor işdən çıxarıldı

Tarix:19-07-2018, 10:20
Baxış Sayı:504

Bakıda 300 orta məktəb direktoruna töhmət verildi – 30 direktor işdən çıxarıldı















"Təsəvvür edin ki, bu il ərzində Bakı şəhərində yerləşən 317 orta ümumtəhsil məktəbdən 300-nün direktoruna töhmət verilib. Çünki sənədləşdirmə işlərini düzgün aparmayıblar”.

Bunu İnterpress.az-a açıqlamasında təhsil üzrə eskpert Kamran Əsədov deyib. O bildirib ki, həmin direktorların töhmət almasına səbəb isə sənədləşdirmə işlərini düzgün həyata keçirə bilmədikləri olub: "Onlar sənədləşdirmə işlərini bacarmırlar. Onlar şəffaf yolla direktor təyin olunublar, amma bu təyinat keyfiyyətli deyil. Ona görə də, direktorların təyinatı zamanı əsas keyfiyyət önə çıxarılmalıdır. Şəffaflığı o qədər də önəmli deyil. Hesab edirəm ki, bu şəffaflıq daha böyük təhlükələrə gətirib çıxara bilər”.

Ekspert ötən il orta məktəblərə təyin olunan onlarla direktorun daha sonra öz ərizələri ilə işdən çıxdığını vurğulayıb: "Təkcə 2017-ci ildə 236 direktor təyinatı olub. Onlar arasında 30-a yaxın direktor iki aydan sonra öz ərizələri ilə işdən çıxıb və yaxud da çıxarılıb”.

K.Əsədov pedoqoji fəaliyyəti olmayan ali təhsilli bacarıqlı başqa ixtisas sahiblərinin direktor olması məsələsinə də toxunub. Onun sözlərinə görə, direktor olmaq istəyənlərin sırf pedoqoji fəaliyyətinin olması önəmli deyil: "Ali təhsilli şəxs istər baytar olsun, istərsə də həkim olsun, əsas odur ki, onda menecerlik bacarığı olmalıdır. Çünki burada söhbət onun dərs aparmasından getmir, müəssisəni idarə etməsindən gedir. Ona görə də, direktorluq biliklər əsasında deyil, bacarıqlar əsasında müəyyən edilməlidir. Ona görə də direktorların idarəçilik bacarıqları olmalı və onlar məktəbə pul gətirməli və pul qazandırmalıdır. Təəssüf ki, direktorların məktəbə pul qazandırmasını deyəndə onların rüşvət alması kimi başa düşülür. Xeyir, bu, belə deyil. Bu gün ümumtəhsil məktəbləri dövlətdən maliyyələşir. Hesab edirəm ki, dövlət məktəblərə ayırdığı maliyyəni dayandırmalıdır. Direktorlar da yaxşı idarəçidirlərsə, məktəbə pul qazandırmalıdır. Necə olur ki, özəl təhsil müəssisələri qazanc əldə edə bilir, amma bizim bu direktorlar kreslolarında oturub rahat şəkildə aylıq qazanclarını alırlar. Nə keyfiyyət var, nə də kəmiyyət”.

"Ona görə də hesab edirəm ki, direktor olmaq üçün sırf müəllimlik ixtisasına sahib olmağa ehtiyyac yoxdur. Əsas idarəetmə bacarığına və menecerlik fəaliyyətinə önəm verilməlidir ki, müəssisəyə qazanc gətirilsin” deyə, K.Əsədov əlavə edib.

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı