veten informasiya agentliyi

Elmar Vəliyevin səhhəti necədir? - Açıqlama

Tarix:18-07-2018, 09:10
Baxış Sayı:512

Elmar Vəliyevin səhhəti necədir? - Açıqlama














"Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır. Ümid edirik ki, xəstənin vəziyyəti yaxın vaxtlarda, getdikcə daha da yaxşı olacaq”.

Bunu Modern.az-a açıqlamasında Elmar Vəliyevi əməliyyat edən Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi Gülşah Öztürk deyib.

Köməkçi bildirib ki, Türker Kılıç Elmar Vəliyevin səhhəti ilə bağlı tez-tez onun yaxınları və bəzi mənbələrlə əlaqə saxlayır.

"Gəncəyə dəvət edilərkən ilk dəfə Elmar müəllimin beyin əməliyyatını Türker Kılıç edib. Əməliyyatın nə qədər çəkdiyi və necə keçdiyi barədə isə məlumat verə bilmərik. Məndə hazırda xəstənin harda müalicəsini davam etdirdiyi barədə də məlumat yoxdur. Onu deyə bilərəm ki, Türker Kılıç tez-tez Elmar Vəliyevin səhhəti ilə maraqlanır və xəstənin sağlıq durumu getdikcə yaxşılaşır”.

Qeyd edək ki, Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç iyulun 4-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gətirilib. Türkiyəli həkim elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.

Qeyri-rəsmi məlumatlara və sosial şəbəkələrdə paylaşılan şəkilə əsasən, Elmar Vəliyevin hazırda İsraildə müalicə olunduğu bildirilir.

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı