veten informasiya agentliyi

"Gətirib yastığın altına 5 manat qoyan kimi onları bağışlayırlar..." - Tanınmış jurnalistdən etiraz

Tarix:3-05-2018, 12:29
Baxış Sayı:701

"Gətirib yastığın altına 5 manat qoyan kimi onları bağışlayırlar..." - Tanınmış jurnalistdən etiraz














"İnsana şillə vuran adam ilk növbədə onun şərəf və ləyaqətini alçaldır. Təəssüf ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra bu cür halların sayı xeyli artıb. Çünki başqasını döyən, təhqir edən adam 300-500 manat verib, canını qurtarır. Mən bu cür dəyişikliyin əleyhinəyəm və hesab edirəm ki, bütün qanunlar insan ləyaqətini uca tutmalıdır”.

Bu sözləri tanınmış jurnalist Seymur Verdizadə bu gün "Lider” TV-də efirə gedən "Qaynar müzakirə” verilişində deyib. Jurnalist bildirib ki, insanlar müxtəlif səbəblər üzündən döyülsələr də, cinayətkarlar çox vaxt cəzasız qalırlar: "Adam var ki, bir ay xəstə yatır, ağzına horra tökürlər. Amma qarşı tərəf gətirib yastığın altına 5 manat qoyan kimi onları bağışlayır. Bu, o deməkdir ki, insan öz şərəf və layaqətini 5 manata satır. Bu cür hallar pullu, imkanlı adamların əl-qol açmasına, günahsız insanları qarışqa kimi əzməsinə gətirib çıxarır”.

Seymur Verdizadə idmançılar arasında zorakılıq hallarının artmasının narahatlıq doğurduğunu vurğulayıb. Qeyd edib ki, son zamanlar cinayət törədərək həbsxanaya düşən peşəkar idmançıların sayı xeyli artıb: "Gümüş medal qazanan idmançıdan qızıl medal gözləyirik. Amma o, hansısa günahsız adamın başına qapaz vurub, qızıl saatını əlindən alır. Müəllimlər öz yetirmələrinə humanizm ideyalarını aşılamalıdırlar. Peşəkar idmançının sadə vətəndaş üzərində güc nümayişi yolverilmzədir”.

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Elşad Xosedən yeni xəbər var
Elşad Xosedən yeni xəbər var
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
DİM-dən abituriyentlərə xəbərdarlıq
DİM-dən abituriyentlərə xəbərdarlıq