veten informasiya agentliyi

Azərbaycanda aborta girən 13-14 yaşlı qızlar - Baş mama-ginekoloq

Tarix:20-04-2018, 11:52
Baxış Sayı:810

Azərbaycanda aborta girən 13-14 yaşlı qızlar - Baş mama-ginekoloq













"2017-ci ildə respublikada 37618 abort icra edilib. Abort olunanlar arasında 18-25 yaşlı qadınlar üstünlük təşkil edir”.

Publika.az xəbər verir ki, bu sözləri Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova jurnalistlərə açıqlamasında deyib.

Baş mama-ginekoloqun sözlərinə görə, ötən il respublika üzrə abortdan sonra fəsadlaşma və ana ölümü halı qeydə alınmayıb.
Məktəb yaşlı qızların abort edilməsi faktlarına gəldikdə, S.Məmmədova bu halların sayının az olduğunu deyib:

"Bu məsələ bir müddət əvvəl gündəmə gəldi və aydınlıq da gətirdik. Qanunvericiliyə əsasən abort icra edilərkən hər bir xəstəxanada abort kartı açılmalıdır. Bu kart açılmadan heç bir dövlət müəssisəsində abort icra edilmir. Bəzi hallarda 18 yaşı tamamlamayan qızlar abort edilir. 2017-ci ildə 9 belə abort qeydə alınıb. Abortun icrası üçün tibbi, sosial göstəriş olmalıdır. Yetkinlik yaşına çatan qadın isə 12 həftəyə qədər uşağını öz arzusu ilə abort etdirə bilər. Yetkin yaşına çatmayan qızların abortu ilə bağlı hər bir fakt mətbuatda geniş yayılıb. Zorlanma nəticəsində hamilə qalan 13-14 yaşlı qızın bədəni fizioloji olaraq yetişmədiyindən birbaşa tibbi göstərişlə həmin hamiləliklər sonlandırılıb”.

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Elşad Xosedən yeni xəbər var
Elşad Xosedən yeni xəbər var
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
DİM-dən abituriyentlərə xəbərdarlıq
DİM-dən abituriyentlərə xəbərdarlıq