veten informasiya agentliyi

Cocuq Mərcanlıya ikinci köç başlayır - RƏSMİ

Tarix:4-04-2018, 09:38
Baxış Sayı:545

Cocuq Mərcanlıya ikinci köç başlayır - RƏSMİ














Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə ikinci mərhələdə köçürüləcək insanların siyahısı artıq hazırdır.


Bu barədə Azvision.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, yaxın zamanlarda köçürülmə prosesinə başlanılacaq.


"Cocuq Mərcanlıda artıq evlər tikilib, bütün infrastruktur obyektlərinin tikintisi başa çatıb, yaşayış üçün hər bir şərait yaradılıb. Yaxın zamanlarda ora Bakı və Bakıətrafı ərazilərdə yaşayan məcburi köçkün ailələri köçürüləcək”.


Qeyd edək ki, Cocuq Mərcanlıda ilkin mərhələdə 10 hektar ərazidə tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.


Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9,0 (doqquz) milyon manat ayrılmasıilə bağlı sərəncam imzalayıb.


Növbəti mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Elşad Xosedən yeni xəbər var
Elşad Xosedən yeni xəbər var
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
DİM-dən abituriyentlərə xəbərdarlıq
DİM-dən abituriyentlərə xəbərdarlıq