veten informasiya agentliyi

MTRŞ-dan hamam xalatı ilə efirə çıxan aparıcı ilə bağlı — AÇIQLAMA

Tarix:19-03-2018, 10:49
Baxış Sayı:886

MTRŞ-dan hamam xalatı ilə efirə çıxan aparıcı ilə bağlı — AÇIQLAMA















Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxmasına münasibət bildib.
MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş verilişin həmin hissəsi şoudur, və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur.
Onun sözlərinə görə, Şuranın kompetensiyasına efirdə konkret qanun pozuntuları, milli-mənəvi dəyərlərə zidd hallar və ictimaiyyəti narahat edən digər davamlı ciddi neqativ tendensiyalar daxildir: "Bu aspektdə bütün proseslər diqqətdə saxlanılır və yayımçıların efiri daimi monitorinq nəzarətindədir. Mütəmadi olaraq qeydə alınan nöqsanlar və görülən tədbirlər barədə ictimaiyyət məlumatlandırılır. Lakin bu o demək deyil ki, biz şou verilişlərdə şou naminə edilən hər bir eksperimentə dərhal sərt müdaxilə etməliyik. Bu, yayımçıları lüsumsuz gərginlikdə saxlamağa gətirib çıxara bilər. Bu mənada sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş ATV kanalının efirində “Zaurla günaydın” verilişində baş verənlər şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur. Bununla belə, hesab edirəm ki, elektron media və sosial şəbəkələrin teleradio məkanında baş verənləri diqqətdə saxlaması təqdirəlayiqdir və yayımçılar fəaliyyətlərində bu faktoru mütləq nəzərə almalıdırlar”.

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
Yeni təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı!
Yeni təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı!
Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi