veten informasiya agentliyi

Bu rayonlarda qaz yoxdur

Tarix:28-02-2018, 10:34
Baxış Sayı:752

Bu rayonlarda qaz yoxdur














Bakının Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"a bildirilib ki, istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidən qurulması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni tikilmiş yaşayış binasına təbii qazın verilməsi məqsədilə Nizami rayonu, Mikayıl Əliyev küçəsində “Azəriqaz”ın Təmir Tikinti idarəsi tərəfindən diametri 377 millimetrlik yeraltı qaz xəttinin istismardan çıxarılması və yeni çəkilmiş 1500 metr diametri 530 millimetrlik qaz kəmərinin şəbəkəyə qoşulması, həmçinin Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış binasına təbii qazın verilməsi, eləcə də İnqilab İsmayılov küçəsində yeni çəkilmiş diametri 57, 76 və 89 millimetrlik xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar fevralın 28-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami və Xətai rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Elşad Xosedən yeni xəbər var
Elşad Xosedən yeni xəbər var
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
DİM-dən abituriyentlərə xəbərdarlıq
DİM-dən abituriyentlərə xəbərdarlıq