veten informasiya agentliyi

Banka borcu olanlardan pulu zorla almaq üçün işçi axtarılır - 700 AZN maaş

Tarix:22-01-2017, 10:58
Baxış Sayı:719

Bakıda borcların qaytarılması üzrə mütəxəssis axtarılır.

Bu elan bank borcunu borcludan almağı üzərinə götürən kollektor şirkət tərəfindən yerləşdirilib.

Elanda qeyd edilir ki, keçmiş hüquq-mühafizə orqanlarının, icra şöbələrinin işçiləri və bankların borc qaytarma mütəxəssislərinə üstünlük verilir: "Namizədlərdən hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmə, stress altında işləmək qabiliyyəti və çətin vəziyyətlərin həlli yollarının müəyyən edilməsi, məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilər, müştərilər ilə yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı kimi özəlliklər tələb olunur".

Qeyd edək ki, bank borcunu borcludan almağı üzərinə götürən kollektor şirkətlərinin fəaliyyəti tam qanunsuzdur. Məhkəmə qərarlarının icrasını "Icra haqqında qanuna” görə, yalnız icra orqanları həyata keçirir. Qanuna görə, dövlət orqanlarına məxsus səlahiyyətlər onları QHT-lər, komerssiya və qeyri-komerssiya qurumları həyata keçirə bilməz. Kollektor şirkətlərinin fəaliyyəti qanunsuzdur. Borclulara təzyiq edənlər Cinayət Məcəlləsinin 308.1 və 309.2 maddəsiylə cinayət məsuliyyətinə cəlb edilə bilər.

///baku.ws

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi