veten informasiya agentliyi

Sabah Bakıya QAR YAĞACAQ - XƏBƏRDARLIQ

Tarix:25-01-2018, 13:17
Baxış Sayı:566

Sabah Bakıya QAR YAĞACAQ - XƏBƏRDARLIQ














Sabah, yanvarın 26-da gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 26-da duman olacağı, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Yanvarın 26-27-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, yanvarın 26-sı gündüzdən 27-si axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 3 dərəcəyədək aşağı enəcək.

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
Yeni təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı!
Yeni təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı!
Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi