veten informasiya agentliyi

“Adam var, pul yığmaq üçün 3 dəfə sünnət toyu edir...”

Tarix:18-01-2017, 09:59
Baxış Sayı:836

Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə mütəmadi olaraq təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə Trend-ə bildirib ki, toy mərasimlərini qanunla, inzibati yolla sahmana salmaq qeyri-mümkündür:

"Bu qanunla tənzimlənməli olan məsələ deyil. Burada maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğundur və hər kəs öz ailəsində bunu etməlidir. Əgər ailədə uşaqların yanında danışırlarsa ki, filankəsin toyunda bu qədər adam var idi, filankəs filankəsə brilyant apardı, uşaq da o fikirlə böyüyür ki, bunlar onun üçün də olmalıdır. Bir toyda 150 nəfər olursa, o biri deyir ki, bu azdır, mənim toyumda 300 nəfər olmalıdır. Kreditlə brilyant alırlar, sonra da qalırlar kreditin əlində".

A.Əlizadə bildirib ki, bəzi insanlar pul yığmaq xatirinə dəbdəbəli toy məclisləri keçirir, sonra da həmin məbləği toplaya bilmirlər və böyük bir borca düşürlər: "Adamlar var ki, pul yığmaq üçün bir övladına 3 dəfə sünnət toyu edir. Ona görə də bu məsələləri qanunla tənzimləmək mümkün deyil. Ancaq maarifləndirmə işi aparmaq, insanlara başa salmaq lazımdır ki, israfçılığa yol verməsinlər”.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi