veten informasiya agentliyi

Məktəblərdə Yeni il şənlikləri keçiriləcəkmi? - RƏSMİ AÇIQLAMA

Tarix:18-12-2017, 16:02
Baxış Sayı:582

Məktəblərdə Yeni il şənlikləri keçiriləcəkmi? - RƏSMİ AÇIQLAMA
















Bakı məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə bağlı heç bir əmr imzalanmayıb. Nə Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən belə bir tapşırıq verilməyib.

Xeberekspress.az apa.tv-yə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib: "Yeni il şənlikləri yalnız dərsdən sonra keçirilə bilər".

O vurğulayıb ki, məktəblərdə daha çox milli-mənəvi dəyərlərə köklənən bayram şənliklərinin keçirilməsi ilə bağlı xüsusi təbliğat aparılır: "Yeni il şənliyinin keçirilməsi yanvar ayının 1-nə təsadüf edir. Məktəblərdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbirlərin daha geniş miqyasda keçirilməsi daha məqsədəmüvafiqdir".

Məhəbbət Vəliyeva valideynlərin narazılığına səbəb olan birinci dərs saatında bədən tərbiyəsi fənninin keçirilməsinə də münasibət bildirib: Məktəblərdə tədris-pedaqoji fəaliyyətin müvafiq təşkili vəziyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diqqətində olan məsələlərdir. Monitorinq sahəsində nöqsan üzə çıxarıldığı təqdirdə, müvafiq intizam tədbirləri həyata keçirilir. Ümumilikdə şagirdlərin dərs cədvəlləri mütləq sanitar normalara əsaslanmalıdır ki, ümumi tədris-pedaqoji sahəyə cavabdehlik daşıyan direktorun təlim-tərbiyə üzrə müavinləri bu məsələni diqqətdə saxlamalıdır. Heç bir halda birinci saat fiziki tərbiyə dərsinin keçirilməsinə yol verilə bilməz. Apardığımız araşdırmalar nəticəsində bu növ xətalar görəndə təbii ki, biz məktəb rəhbərliyinə bununla bağlı müvafiq göstərişlər veririk".

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalandı
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlandı
Elşad Xosedən yeni xəbər var
Elşad Xosedən yeni xəbər var
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
DİM-dən abituriyentlərə xəbərdarlıq
DİM-dən abituriyentlərə xəbərdarlıq