veten informasiya agentliyi

Bakıda supermarket əhalidən üzr istədi

Tarix:14-01-2017, 14:07
Baxış Sayı:710

“Fresco” supermarketlər şəbəkəsi müştəri ilə yaranan problemə görə üzr istəyib.

Alıcılardan biri sosial şəbəkədə foto paylaşaraq marketdən aldığı bananın üzərindəki kağızda qiymətin 83 qəpik, kassada verilmiş qəbzdə isə 91 qəpik olduğunu bildirib.

Foto mətbuatda yayımlandıqdan sonra supermarketlər şəbəkəsi alıcılarından üzr istəyərək qiymət uyğunsuzluğunun texniki səhv olduğunu qeyd edib:

“İlk növbədə, belə bir hal baş verdiyi üçün sizlərdən çox üzr istəyirik, texniki səhv də olsa, bu, bizim səhvimizdir. Tamamilə sistemdə olan ləngimədən qaynaqlanan bir səhvdir. Dünən mağazamızda bananın kilosu 1.79 AZN olub, bugün isə bananın qiyməti 1.95 AZN müəyyən olunub. Rəfin üzərində qiymətin 1.95 AZN olmasına baxmayaraq (yəni müştəri alarkən bananın 1.95 AZN olduğunu bilirdi), tərəzinin texniki nasazlığı olduğu üçün həmin tərəzidə qiymət dəyişikliyi baş tutmayıb və təəsüf ki, banan köhnə qiymət ilə hesablanıb. Bu səhv üçün sizdən bir daha üzr istəyirik, amma bu o demək deyil ki, biz müştərini aldatmağa çalışmamışıq”.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev məsələylə bağlı lent.az-a açıqlamasında qeydə alınan bu qiymət uyğunsuzluğunu qanun pozuntusu adlandırmışdı və bununla bağlı tədbirlər görülməli olduğunu bildirmişdi.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı