veten informasiya agentliyi

"Beşmərtəbə"də avtomobillərin hərəkəti köhnə qaydaya qaytarıldı

Tarix:10-01-2017, 10:04
Baxış Sayı:770

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın "Beşmərtəbə" kimi tanınan ərazisindəki yol nişanının dəyişdirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən İdarənin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin ərazidə yol hərəkəti xronometraj xarakterli dəyişdirildiyindən yanvarın 9-dan əvvəlki qaydaya qaytarılıb: "Həmin ərazidə pik saatlarında yaranan sıxlığın qarşısını almaq üçün hərəkətdə dəyişiklik edilərək xronometraj aparıldı. Yəni, Azərbaycan prospekti ilə hərəkət edən avtomobillərə "Beşmərtəbə" dairəsinə daxil olarkən üstünlük verildi. C.Cabbarlı küçəsi ilə "Beşmərtəbə" dairəsi üzrə hərəkət edən avtomobillər "Dayanmadan keçmək qadağandır" yol nişanının tələbinə uyğun hərəkət etməli idi. Son bir neçə gündə aparılan müşahidələr göstərdi ki, bu dəyişiklik ərazidəki tıxacı aradan qaldırmır, ona görə də hərəkət yanvarın 9-dan əvvəlki qaydaya qaytarıldı". Hazırda ərazidə hərəkət əvvəl nəzərdə tutulduğu kimi təşkil edilib.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi