veten informasiya agentliyi

Bakıda iki mindən çox ev söküləcək

Tarix:24-10-2017, 13:05
Baxış Sayı:796

Bakıda iki mindən çox ev söküləcək















Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir.
Yasamal rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, “Sovetski”də 9814 ünvanda ölçü işləri aparılıb, 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300 istifadə müddəti xeyli müddət əvvəl başa çatmış, müasir tələblərə cavab verməyən və demək olar ki, bütünlüklə yararsız yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma əldə edilərək, sənədlər alqı-satqı əməliyyatına təqdim olunub və əmlak sahiblərinə vəsait ödənilməsi təmin olunub.

Eyni zamanda, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənib. Prezident İlham Əliyev tərəfindən “Sovetski” adlanan ərazidəki istifadəyə yararsız evlərin satınalınması işlərinin davam etdirilməsi məqsədi ilə 2018-ci ildə “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ölkə başçısının verdiyi tapşırıqların icrası məqsədilə ilkin araşdırma aparılıb.
Nəticədə Nabat xanım Aşurbəyova - keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib.

Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, 2017-ci ilin 9 ayında qanunsuz tikililərə qarşı mübarizə sahəsində işlər davam etdirilərək “Qanlı göl”ün qərb hissəsində sahəsi 42, 52 və 64 kv.m olan 3 müxtəlif təyinatlı özbaşına tikili sökülüb. Lakin bir sıra vətəndaşlar tərəfindən rayonun digər ərazilərində də qanunsuz tikinti işlərinin aparılmasına cəhdlər olub. Əlibaba Abdullayev küçəsi, 25 nömrəli evin 2-ci mərtəbəsində 70 kv.m, Zaur Kərimov küçəsi, 38 nömrəli evin 2-ci mərtəbəsində 40 kv.m, Nazim Hikmət küçəsi, 24 nömrəli evin 2-ci mərtəbəsində 70 kv.m fərdi yaşayış evlərinin tikintisinə cəhdlər edilib, lakin onların qarşısı vaxtında alınıb.

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
Yeni təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı!
Yeni təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı!
Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi