veten informasiya agentliyi

Baş prokurordan "Turan"ın fəaliyyəti barədə AÇIQLAMA

Tarix:30-09-2017, 11:57
Baxış Sayı:748

Baş prokurordan "Turan"ın fəaliyyəti barədə AÇIQLAMA














uran İnformasiya Agentliyinin fəaliyyətinə hər hansı bir məhdudiyyət yoxdur". APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror deyib ki, istənilən vergi ödəyicisi vergi qanunvericiliyinin tələbini pozmamalıdır.

Qeyd edək ki, Vergilər Nazirliyinin avqustun 25-də yaydığı məlumatda bildirilir ki, "Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı "Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə "Qrant haqqında” qanunun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148,310 min manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60,080 min manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

Xatırladaq ki, avqustun 25-də "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbs edilib, sentyabrın 11-də isə həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.

M. Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyyətdən sui-istifadə), 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?