veten informasiya agentliyi

Xalqın cibini düşünməyən "aqua park"lar - 50 manata da giriş olar? - ARAŞDIRMA

Tarix:23-06-2017, 11:51
Baxış Sayı:886

Xalqın cibini düşünməyən "aqua park"lar - 50 manata da giriş olar? - ARAŞDIRMA

















Azərbaycanda yay mövsümünün gəlişi ilə insanların dənizkənarına axını başlayır.

AZXEBER.COM-un məlumatına görə, yay mövsümünü xaricdə keçirənlərlə yanaşı, ölkəmizdə də kifayət qədər əlverişli məkanlar var.

Ancaq Bakıda fəaliyyət göstərən "aquapark"lar və otellərin qiymətləri "əl yandırır".

Məsələylə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, ən bahalı məkan "Dalğa Beach Aqua Park"dır. Bura təkcə giriş 50 manatdır.

Kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş isə 70 manatdır. Həftə içi qiymətlər qiymətlər aşağı düşərək yerli 35 xarici vətandaşlar üçün 50 manatdır. Burada demək olar ki, hər şey pulludur, hətta bəzi hovuzlara girmək, uşaqların əyləncə yeri belə ödənişlidir.

Qeyd etdiyimiz kimi, 50 manat təkcə kompleksə giriş üçün alınır. Vətəndaşların orada fəaliyyət göstərən restoranlarda yemək yeyəcəyini, içki içəcəyini də nəzərə alsaq, bir adam üçün ən az 80 manat tələb olunur. Onu da qeyd etmək yerinə düşər ki, çox vaxt bu tip yerlərə ailələr gedir və hər ailədə ən az 3 nəfərin olacağını nəzərə alsaq, bir neçə saatlıq istirahət üçün ən az 240 manat tələb olunur.

Müqayisə üçün qeyd edək ki, bu qiymətə Türkiyənin ən prestijli və 5 ulduzlu otellərində hər şey daxil olmaqla bir gün qalmaq mümkündür. Məsələn: Bodrumda, Antaliyada otellərin orta hesabla günü 100-150 tl (50-100 manat) arası dəyişir.

Məhz bu səbəbdən də vətəndaşlarımız ölkə daxilində deyil, xarici ölkələrdə istirahətə üstünlük verir. Təkcə giriş üçün 50 manat alan "Dalğa Beach Aqua Park"la yanaşı onun yaxınlığında yerləşən "Bilgəh Aqua Park"da da eyni qiymətlər var.

Bu məsələdə vətəndaşları düşünən və insaflı yanaşan "Sea Breeze Hotel" olub. Bura giriş cəmi 20 manatdır, 10 yaşına qədər uşaqlar üçün isə pulsuzdur.

Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Bu şəxslərin pensiyaları artacaq
Bu şəxslərin pensiyaları artacaq
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı