veten informasiya agentliyi

Azərbaycanda pullu yolların qiyməti açıqlandı

Tarix:21-06-2017, 11:20
Baxış Sayı:790

Azərbaycanda pullu yolların qiyməti açıqlandı

















Azərbaycanda ödənişli avtomobil yolu olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq pullu olacaq yolun biri müəyyənləşib: "Həmin yol Bakı-Ələt-Astara-İran sərhədi yoludur. Bu yolun pullu olması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. Hazırda həmin yolun tikintisi aparılır. Amma bu o demək deyil ki, həmin istiqamətdə hərəkət edən sürücülər yalnız bu yoldan məcburi istifadə edəcək. Alternativ yol da olacaq. Hal-hazırda istifadə olunan yol pulsuzdur və bu yol pullu yola alternativ olacaq. Hazırda həmin yolun vəziyyəti normal deyil. Nəzərdə tutulub ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra həmin alternativ yol da əsaslı şəkildə yenidən qurulsun. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhəddi yolu pullu ola bilər".

A.Nəcəfli bildirib ki, ödənişli yolun kilometri minik və yük avtomobillərindən asılı olaraq 4-7 qəpik müəyyənləşdiriləcək: "Yeni yol alternativ yoldan qısa olacaq. Bundan başqa bu yol kənd, qəsəbə və digər yaşayış massivindən keçə bilər. Amma, həmin ərazidə yol tam qapalı olmalıdır. Çünki, həmin magistral sürət yolu olacaq. Bu yola kənar müdaxilələr də olmamalıdır. Ola bilsin böyük yaşayış məntəqələrindən hansısa yol bura birləşsin, amma bu xüsusi təhlükəsizlik şərtləri ilə olacaq. Yolda sürət həddi hələlik saatda 110 km/saat təklif edilib. Çünki Azərbaycanda avtomobil yollarında ən yüksək sürət həddi bu qədər müəyyənləşib. Yol istifadəyə veriləndən sonra bu məsələyə də baxıla bilər".

Qurum rəsmisi bildirib ki, həmin yolla alternativ yolda heç bir fərq olmayacaq: "Əslində vaxt və məsafə baxımından yeni yaradılacaq pullu yol çox sərfəli olacaq. Bu yolun pullu olması da o qədər nəzərəçarpacaq dərəcədə deyil. Yəni, pulsuz yolda avtomobilin yanacağı pullu yola nisbətən daha çox sərf ediləcək. Həm sürət həddinə görə, həm yaşayış məntəqələri ərazisindən keçməklə, eniş-yoxuşlu olmaqla. Həmin məbləği hesablayanda pullu yoldan istifadəyə daha çox üstünlük veriləcək. Bu yol həm də pulsuz yoldan 40 km qısa olacaq".

A.Nəcəfli bildirib ki, gələcəkdə digər ödənişli yolların da tikilməsi mümkündür: "Məsələn, investor olsa, Quba-Şamaxı yolu tikilə bilər. Həmin yol Bakıdan keçməklə Qubadan vasitəsilə Şamaxıya gedən yoldan 200 kilometr qısa olacaq".

"Azəravtoyol" rəsmisinin sözlərinə görə, ödənişlərdən əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək.

Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
Yeni təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı!
Yeni təmayül tədris modelinə doğru növbəti mərhələ də tamamlandı!
Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Pensiya təyinatı ilə bağlı vacib məlumat