veten informasiya agentliyi

Bu gün Azərbaycanda "Son zəng" qeyd olunur

Tarix:14-06-2017, 10:33
Baxış Sayı:831

Bu gün Azərbaycanda "Son zəng" qeyd olunur

















Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng” çalınacaq.

Təhsil naziri Mikayıl Cabbarovun "Son zəng” tədbirlərinin keçirilməsi barədə imzaladığı əmrə əsasən, tədbir bu gün yalnız təhsil müəssisələrinin ərazisində təşkil olunmalıdır.

Bu il Azərbaycanın ümumtəhsil məktəblərini 195 449 şagird bitirəcək.

2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək. 2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.

Eyni zamanda, Bakıdakı məktəblərin buraxılış (XI, XII) siniflərini 20 124 şagird bitirəcək. 2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək. Paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı