veten informasiya agentliyi

Hakimiyyətdən kabel televiziyalarının bəzilərini bağlamağa hazırlıq - Şok adlar

Tarix:11-05-2017, 09:44
Baxış Sayı:627

Hakimiyyətdən kabel televiziyalarının bəzilərini bağlamağa hazırlıq - Şok adlar

















Azərbaycanda kabel televiziyalarına nəzarət gücləndirilir

Onlardan bəzilərinin bağlanmasına hazırlıq gedir.

Artıq rəsmi açıqlama da var. “Kabel televiziyası sahəsində qeyri-qanuni yayımla məşğul olan insanlar var ki, onlara yayımçı da demək olmaz, sadəcə sahibkarlar öz binalarının içərisində qeyri-qanuni kabel şəbəkəsi yaradıblar. Belə hallar kütləvi xarakter alıb". Bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, sözügedən problemi tək Milli Televiziya və Radio Şurası yox, digər qurumlarla birlikdə həll etmək mümkündür:

"Kabel televiziyası haqqında” qanun qəbul olunandan sonra bu sahədə tədbirlər daha da sərtləşəcək. Söhbət ilk növbədə cərimələrin tətbiqindən gedir.

Bundan əlavə qanuna əsasən, qeyri-qanuni sahibkarlıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində tədbirlər görüləcək. Qanun layihəsi mayın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Ulus.Az xəbər verir ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda üç dövlət, İctimai tv və 6 özəl televiziya şirkətləri yaranmağa başladı.

Həmçinin efir-kabel və kabel tv şirkətləri də yarandı. Hazırda Azərbaycanda “B&B TV”, “SNTV”, “KATV1”, “Albax TV”, “DigiCom”, “Ailə TV”, “Connect”, “Smart TV Plus” və “ATV Plus” xidmət göstərir.

Ötən ilin sentyabrın 1-dən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kabel televiziyaları operatorları qiymətləri artırıblar. Belə ki, şirkətlər 9 manat olan baza paketini 10 manata qaldırıblar.

Kabel televziyaların rəsmiləri o zaman bildirdilər ki, qiymətlərin artması ilə yanaşı, xidmət keyfiyyəti və baza paketində kanal sayı da artırılacaq. Bu, əslində, abunəçilər üçün daha sərfəli versiya olacaq.

Abunəçilər üçün paket seçimi imkanı tanımırlar. Bəlli paketi təqdim edirlər. Təəssüf ki, Azərbaycan dilli yayım məhdudur və rus dilli yayımı paketə çox daxil edirlər. Bu da effektiv deyil. Çünki bu kanalları say artırmaq üçün paketə daxil edirlər.

Bu gün kabel televiziyası sahəsinə dövlət nəzarəti sıfır səviyyəsindədir. Prosedur və qayda yoxdur ki, hansı əsasla kabel televiziyası kimlərin seçimini edə, hansı yayımçılar yayımı apara bilər. Təəssüf ki, bəzən abunəçiyə xəbər vermədən, onunla razılaşma aparmadan kanalların yayımı dayandırılır.

Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
Anar Nəcəfli vəzifəsindən azad edildi
Anar Nəcəfli vəzifəsindən azad edildi
Azərbaycanda yollarda faciə: 6 ayda 285 nəfər həyatını itirib
Azərbaycanda yollarda faciə: 6 ayda 285 nəfər həyatını itirib