veten informasiya agentliyi

Azərbaycanda yeni sayt açıldı - 10may.az

Tarix:10-05-2017, 10:47
Baxış Sayı:684

Azərbaycanda yeni sayt açıldı - 10may.az

















Bu gündən Azərbaycanda yeni sayt fəaliyyətə başlayıb

10may.az domenli saytın baş redaktoru yazıçı Mahir Qabiloğlu, baş direktoru mayor-jurnalist Rahib Qərib, təsisçisi isə Eldəniz Elgündür. Niyə məhz 10may.az adında sayt yaratmaları ilə bağlı suala cavab verən baş redaktor Mahir Qabiloğlu bunları bildirib:

”Ad koddur. Ad insanın gələcəyini təyin edən əsas amillərdən biridir. Yenidoğulmuşa ad qoyanda "Adına layiq olsun” deyib babalarımız. Eldəniz Elgünlə yaratdığımız bu sayt da bizim mənəvi övladımız sayılır.

Bu gün mayın 10-udur. Artıq 24 ildir ki, biz bu tarixi təntənəylə qeyd edirik. Çünki köhnə Heydər Əliyevçilərik. Və biz çoxuq. Milyonlarla ölçülür sayımız. Bu tarixdə doğulan yüzlərlə oğlan uşaqları var ki, valideynləri onun adını Heydər qoyublar. Bizim sayt da bu doğum tarixinə təsadüf etdiyi üçün adını 10may.az qoyduq – Ümummilli liderimiz Heydər Əliyevin doğum gününün şərəfinə.

Məqsədimiz Azərbaycanın mətbuat sahəsinə bir yenilik gətirməkdir. Bu yenilik nədən ibarətdir? Yəqin ki, bunu zaman göstərəcək. Fərqliliyin də onda şahidi olacaqsınız. Suala ümumi cavabım isə belədir: "Adımıza layiq olmağa çalışacağıq”. Bu həm cavab, həm də devizimizdir”.

Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Bu şəxslərin pensiyaları artacaq
Bu şəxslərin pensiyaları artacaq
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Su hövzələrini çirkləndirənlərə qarşı cinayət işi başlanıldı
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
İtaliyada rusların pasportları müsadirə olundu - Nə baş verir?
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanıldı