veten informasiya agentliyi

İctimai nəqliyyatda telefonla ödəniş mümkün ola bilər — Azərbaycanda

Tarix:6-02-2020, 09:38
Baxış Sayı:372

İctimai nəqliyyatda telefonla ödəniş mümkün ola bilər — Azərbaycanda


Son illər bir çox dövlətlərdə yeni texnologiyalar ictimai nəqliyyatda da tətbiq edilməyə başlayıb. Belarusun bir neçə şəhərində artıq ictimai nəqliyyat bütünlüklə QR kod sisteminə keçirilib. Şəhərlərdə ictimai nəqliyyatda gediş haqqı elektron pul kisəsi vasitəsi ilə ödənilir. Nəticədə isə üstünüzdə plastik kart gəzdirmək məcburiyyətində qalmırsınız. Avropa ərazisində müxtəlif şəhərlərə səyahət edəndə onlayn əldə etdiyiniz bileti çap etdirməyə ehtiyac qalmır. Gedəcəyiniz avtobusa yaxınlaşırsız, əlində xüsusi aparat olan biri Sizə yaxınlaşır və telefonda onlayn və "pdf" formada olan QR kodunuzu skan edərək oxuyur və bununla da sizin gedişiniz təsdiq edilir.
"Ölkə.Az" bildirir ki, bu gün yayımlanan məlumata görə isə artıq İstanbulda da QR kodla ictimai nəqliyyat vasitələrindən istifadə mümkün olacaq. Bununla da istanbul sakinləri QR-kod skaneri olan smartfonları ilə avtobusa minəcək və "İstanbul kart"ı əvəz edəcək sistem ilə rahat ödəmə həyata keçirə biləcək. Yeni sistem "Yükləyin, quraşdırın, oxudun, keçin" şüarı ilə təqdim ediləcək.
Mütəxəssislər də hesab edir ki, bu sistem insanların vaxt və büdcəsinə qənaət etmiş olacaq. Əksər vaxt istifadəçilər plastik kartları daşımaqda unutqanlıq edə və yaxud kart balansını artırmağı yaddan çıxara bilir. Bütün bunlar isə insanların əhvalına mənfi təsir edir, həm də onların vaxtına qənaət etmir. Həmçinin belə tətbiqlər onların ictimai nəqliyyata ödədikləri vəsaitlərin təhlükəsizliyini qorumaq baxımından da faydalıdır.
Görəsən, ölkəmizdə də ictimai nəqliyyatda bu texnologiyadan istifadə mümkün ola bilərmi?

Bakı Nəqliyyat Agentliyinin Mətbuat (BNA) xidmətinin rəhbəri Mayis Ağayev bu sistemin Azərbaycanda da tətbiqi barədə açıqlama verib. Onun sözlərinə görə, son bir ayda BakıKarta inteqrasiya olunan avtobusların hamısında quraşdırılan kart oxuma aparatları bu sistemi dəstəkləyir.
BNA rəsmisi sistemin tətbiqinə gəlincə isə bildirib ki, bizdə də bu sistemə keçid istisna deyil. ted.az

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq