veten informasiya agentliyi

"Dövlət qurumları at və eşşək əti satanlardan haqq alır" - Dövlət

Tarix:4-04-2017, 17:25
Baxış Sayı:855

"Dövlət qurumları at və eşşək əti satanlardan haqq alır" - Dövlət















Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda son günlər yaranan at və eşşək əti qalmaqalıyla bağlı sərt ittihamlarla çıxış edib.

Bakipost.az-a açıqlama verən millət vəkili deyib ki, aidiyyəti qurumlar, bu işə nəzarət edən dövlət təşkilatları at və eşşək əti satanlardan haqq alır: "Qanunvericiliyə görə belə işlərlə məşğul olanları cəzalar gözləyir. Lakin aidiyyəti qurumların səhlənkarlığı, yaxud da üzgörənliyi ucbatından vətəndaşlarımızın həyatını təhlükəyə atan, insanlara murdar ətlər yedirdən insanlar nəinki məsuliyyətdən yaxa qurtarır, hətta illərlə öz əməllərini davam etdirə bilirlər. Hamı bilir ki, harda nə kəsilir, niyə kəsilir. Sadəcə kimsə vaxtında "nəyisə" çatdırıb verə bilmir, ona görə də nəzarət edən qurumlar tərəfindən ifşa olunur".

F.Mustafa bu problemin Milli Məclisdə qaldırılacağını bildirib: "Əhaliyə at və eşşək ətlərini başqa mal-heyvan əti əvəzinə yedirirlər. Bu da çox təhlükəli bir tendensiyadır. Hesab edirəm ki, cəmiyyətdə buna qarşı müəyyən səslər yüksəlməlidir. Çünki bu, insanların qida zəhərlənməsinə səbəb ola bilər.

Milli Məclisdə də bu məsələ qaldırılacaq. Amma bu, məsələnin yekunu deyil. Qurumlar var ki, onlar öz vəzifələrini yerinə yetirməlidir. Hüquq-mühafizə orqanları da bu işlərə nəzarət edən qurumlara xəbərdarlıq etməlidir".

Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Rusiyada gecə kabusu - Ölkənin 20-dən çox bölgəsi hədəfə alındı
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Pensiya təyinatı ilə bağlı vacib məlumat
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - Yenilənib
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
Anar Nəcəfli vəzifəsindən azad edildi
Anar Nəcəfli vəzifəsindən azad edildi
Azərbaycanda yollarda faciə: 6 ayda 285 nəfər həyatını itirib
Azərbaycanda yollarda faciə: 6 ayda 285 nəfər həyatını itirib