veten informasiya agentliyi

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

Tarix:30-08-2019, 09:49
Baxış Sayı:448

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

“Kaspersky Lab” şirkətinin hesablamalarına görə, 2019-cu ilin ikinci rübündə Azərbaycan istifadəçiləri arasında şifrələnmə proqramları ilə hücumların sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0.72%-dən 0.85%-ə qədər artıb.

Aprel-iyun aylarında bu istiqamətdə MDB ölkələri arasında ən aktiv “WannaCry” ailəsi olub. Belə ki, hər beş şifrələnmə hücumundan biri onun iştirakı ilə həyata keçirilib. Bu troyana qarşı “patch” 2017-ci ildə, yəni, bu epidemiyanın yaranmasından iki ay əvvəl buraxılsa da, “WannaCry” hələ də ciddi təhlükə yaradır. MDB ölkələri arasında ikinci yerdə “GandCrab” qərarlaşıb. Liderlərin üçlüyünü “Shade” proqramı tamamlayır. Hücumların 11% bu şifrələnmə proqramı ilə həyata keçirilir.

Ümumilikdə, aprel-iyun aylarında 230 mindən çox istifadəçiyə şifrələnmə proqramları ilə hücum edilib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur.

“İyun ayının əvvəlində, son il yarımın ən çox yayılmış zərərli proqramlardan biri olan “GandCrab”ın müəllifləri fəaliyyətlərini dayandırdıqlarını elan etsələr də, ikinci rübdə şifrələnmə proqramları ilə hücumların artdığını müşahidə etdik. “GandCrab” proqramı şifrələnmənin nə qədər səmərəli ola biləcəyini nümayiş etdirdi. Yayılmış bəzi məlumatlara görə, onun yaradıcıları kifayət qədər “qazandıqları” üçün fəaliyyətlərini dayandırdılar. Biz güman edirik ki, “GandCrab”ı əvəzləyəcək digər zərərli proqramlar hərəkətə keçəcək. İstifadəçilərə xatırladırıq ki, cihazlardakı proqram təminatını mütəmadi yeniləmək və etibarlı qoruyucu həll istifadə etmək lazımdır”, – bunu “Kaspersky Lab” şirkətinin baş antivirus mütəxəssisi Fyodor Siniçın deyib.

Şifrələmə proqramı ilə cihazın yoluxma riskini azaltmaq üçün “Kaspersky Lab” bunları tövsiyə edir:

“Kaspersky Lab” bunları tövsiyə edir:

• əməliyyat sistemini mütəmadi olaraq yeniləyin və “patch”-ları vaxtında quraşdırın;
• etibarlı qoruyucu həllər istifadə edin;
• faylların şifrələndiyi halda heç vaxt ödəniş etməyin, çünki bu sənədlərə girişin geri qaytarılmasını təmin etmir. Mütəxəssislərə müraciət edin və ya şifrələmə açarını https://noransom.kaspersky.ru/ saytından tapmağa çalışın.
• Hər zaman faylların nüsxəsini çıxarıb ayrıca saxlayın.
2019-cu ilin ikinci rübü üzrə informasiya təhdidlərinin inkişafı barədə məlumatları linkə daxil olaraq əldə edə bilərsiniz: https://securelist.ru/it-threat-evolution-q2-2019-statistics/94476/.

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı