veten informasiya agentliyi

Azərbaycanda onkoloji xəstələri müəyyən edən metod hazırlanıb

Tarix:18-07-2019, 10:47
Baxış Sayı:423

Azərbaycanda onkoloji xəstələri müəyyən edən metod hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının AMEA-nın Biofizika İnstitutu və Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlayıb.

Trend məlumatına görə, AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov deyib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizlə ikinci yeri tutduğunu deyən Qasımov dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib:

“Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır. Bu çox amilli xəstəliklərin yaratdığı tibbi-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var”.

Məruzəçi xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

O.Qasımov Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib: "Maşın öyrənməsi" fazasında sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı spektrləri multivariat statistika vasitəsi ilə təsnif olunub, onun icrası yoxlanılıb, lazım gəldikdə optimallaşdırılıb. Maşın bu biliklərdən istifadə etməklə naməlum nümunələri multivariat statistika vasitəsi ilə təsnif edib proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı daha da təkmilləşdirmək zəruridir".

O.Qasımov bildirib ki, bu gün tibbdə müasir çağırışlara cavab olaraq, fərdi təbabət istiqamətini inkişaf etdirmək üçün AMEA-nın Biofizika İnstitutunda hüceyrə texnologiyaları bazasının yaradılmasına ehtiyac var.

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı