veten informasiya agentliyi

“Avtodayanacaq talonunun itirilməsinə görə cərimə qanunsuzdur”

Tarix:3-06-2019, 15:00
Baxış Sayı:395

“Avtodayanacaq talonunun itirilməsinə görə cərimə qanunsuzdur”












Azərbaycanda vəkil avtodayanacaq talonunun itirilməsinə görə cəriməninin qanunsuz olduğunu məhkəmədə sübuta yetirərək ona dəymiş mənəvi zərərin ödənilməsini təmin edib.

Qafqazinfo xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat paylaşıb. O bildirib ki, vəkil Firdovsi Qasımov sözügedən məsələni birinci instansiya məhkəməsində qaldırsa da, əvvəlcə vəsatəti qəbul edilməyib: “Məlumdur ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus dayanacaqlarda avtomobilin saxlanmasına görə sürücüyə talon (bilet) verilir. Həmin talon itirildiyi halda, sürücüdən saxlanmaya görə muzddan əlavə cərimə (10 manat) də tutulur. Təbii, bu qanunsuzdur. Çünki talon müqavilə şərti deyil, yalnız avtodayanacağın öz öhdəliklərini yerinə yetirməyə yardım edən vasitədir.

Lakin sürücülər, bir qayda olaraq, mübahisə etmədən cəriməni ödəyirlər. Bir sıra səbəbdən qanunu bilmirlər, məbləğ kiçikdir, hüquqi yardımın alınması nisbətən bahadır, dövlət orqanı ilə çəkişmənin mənasız olduğunu düşünürlər və s. Hətta hüquqşünaslar da bəzən belə “xırda” mübahisələrə baş qoşmaq istəmir. Amma xoşbəxtlikdən onların da arasında istisnalar var. Belələrindən biri ölkəmizin ən savadlı hüquqşünaslarından biri Firdovsi Qasımovdur.

O, nəinki cərimənin qanunsuzluğu, həmçinin ona vurulmuş mənəvi zərərin də əvəzinin ödənilməsini tələb edib. Birinci instansiya məhkəməsi iddiasını təmin etməsə də, Apellyasiya Məhkəməsi şikayətini təmin edib. Cərimə də qanunsuz hesab edilib, mənəvi zərərin də əvəzinin ödənilməsi qət edilib. Bununla da bu kimi işlərdə mühüm presedent yaranıb”.

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı