veten informasiya agentliyi

"Lukoil"-də SAXTAKARLIQ: 10 manat yerinə 6 manatlıq benzin vurdular... - VİDEO

Tarix:27-04-2019, 14:35
Baxış Sayı:441

"Lukoil"-də SAXTAKARLIQ: 10 manat yerinə 6 manatlıq benzin vurdular... - VİDEO














Uzun müddətdir sürücülər "Lukoil" şirkətinin yanacaq doldurma məntəqələrində aldadıldıqlarını iddia edirlər. Onların sözlərinə görə, "Lukoil"da avtomobillərinə benzin vurularkən 10 manat yerinə yerinə 7 və ya 6 manatlıq benzin vururlar. Şikayət bununla da bitmir. Belə ki, sürücülər iddia edir ki, yanacağın az vurulmasından əlavə, benzinin keyfiyyətində də problemlər var.
Dəfələrlə hər iki problemlə bağlı yanacaq doldurma məntəqəsində yerindəcə şikayət etdiklərini vurğulayan sürücülər bildirdi ki, narazılıqlarına heç bir məhəl qoyulmayıb:

"Lukoil"-də SAXTAKARLIQ: 10 manat yerinə 6 manatlıq benzin vurdular... - VİDEO






"Mən 8-ci mikrorayonda yaşayıram. "Lukoil" yanacaq doldurma məntəqəsinin "qoşazapravka” deyilən ərazisində mütəmadi olaraq yanacaq doldururam. Artıq bir neçə dəfədir ki, aldadıldığımı hiss edirdim. Bundan qabaq 4 dəfə cinayət başında yaxaladım. Şikayət etmirdim, vicdanım buna yol vermirdi. Sonuncu dəfə isə bu şirkətin əməkdaşları lap ağını çıxardılar. Göz görə-görə 10 manatlıq benzin yerinə 6.38 manatlıq benzin vurdular. Mən də videoya çəkdim, oradakı nəzarətçiyə yaxınlaşdım, bundan öncə də 4 dəfə aldadıldığımı qeyd etdim. Hiss etdim ki, bu onlar üçün adi haldır. Reaksiya tamamilə sıfır idi. Görünən odur ki, bu formada cinayət tək adamın işi ola bilməz. Bu birbaşa sürücülərə qarşı bir qrup mütəşəkkil dəstənin qurduğu sistemdir. Bu şikayəti verməkdə əsas məqsədim isə sürücülərin daha diqqətli olmasına yardımçı olmaqdır. Ümid edirəm günahkarlar layiqli cəzalarını alacaqlar".
Məlumat üçün qeyd edək ki, mətbuatda "Lukoil" yanacaq doldurma məntəqəsinin sürücülərə qarşı etdikləri təxribatlarla bağlı kifayət qədər şikayətlər dərc edilibdir.
Əgər fikirlərini dəyişəsələr, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Videonu təqdim edirik.

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı