veten informasiya agentliyi

Banklara göstəriş verildi: kartdan pul çıxarmaq qadağan edildi

Tarix:16-03-2017, 22:07
Baxış Sayı:717

Banklara göstəriş verildi: kartdan pul çıxarmaq qadağan edildi















Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kommersiya banklarına yeni göstəriş verib.

“Report”un əldə etdiyi məlumata görə, yeni göstərişdə hüquqi və fiziki şəxs olan vergi ödəyicilərinə bank hesablarından nağd vəsaitlərin çıxarılması qadağan edilib.

Belə ki, hüquqi şəxslər və fiziki şəxs olan sahibkarların yalnız mal-materialların alınması üçün istifadə oluna bilən nağd vəsaitlərin hesablardan çıxarılması müvəqqəti olaraq dayandırılıb. Notariuslardan başqa istənilən hüquqi şəxslər və fiziki şəxs olan sahibkarlar tərəfindən nağd pulun çıxarılması ilə bağlı istənilən əməliyyatlar bank rəsmilərinə müraciət edilmədən aparıla bilməz.

“Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bu qadağa ötən gün sadələşdirilmiş vergi ödəyicilərinə aid edilsə də, yaranan narazılıq MBNP-ni geri çəkilməyə vadar edib və hazırda isə bu qadağa əsasən ƏDV ödəyicilərinə qarşı tətbiq edilir.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı