veten informasiya agentliyi

Azərbaycanda daha bir orta məktəbdə biabırçılıq – Video

Tarix:18-04-2019, 15:16
Baxış Sayı:595

Azərbaycanda daha bir orta məktəbdə biabırçılıq – Video














Dünən Samux rayon İnstitut qəsəbə tam orta məktəb direktoru Abbasova Gülsabah Cəfər qızının özünün vəzifə təyinatının 5 illiyini ziyafət məclisi ilə qeyd etdiyini və bunun səs-küy yaratdığı haqqında məlumat vermişdik. Həmçinin, ziyafətin direktorun pulu ilə deyil müəllim kollektivindən yığılan pullar hesabına təşkil olunduğu bildirilmişdi.

Bu məsələdən sonra məktəblə bağlı başqa faktlar da ortaya çıxıb. Övladları həmin məktəbdə təhsil alan valideynlər bu haqda “Yeni Sabah”a növbəti şikayət ünvanlayıblar. Həmçinin, məktəbdə baş verənlərlə bağlı video da təqdim ediblər. Videoda yuxarı sinif şagirdi olan oğlan və qız Fizika kabinetində qeyri-etik hərəkətlər edirlər.

Valideyn bildirib ki, videodakı qız məktəbin şagirdi, oğlan isə məktəbdən qovulmuş şagirddir. Övladları həmin məktəbdə təhsil aldığı üçün o adının açıqlanmasını istəməyib:

“Mənim uşaqlarım da o məktəbdə təhsil alır. Normal halda direktor valideynləri içəri buraxmır. Ancaq qızla sevişən oğlan Fizika kabinetində görün nə oyun çıxardır. Özüm də ziyalı biriyəm. Ancaq o direktor özündən çox razı xanımdır. Mən belə bir şey eləməzdim, amma məcburiyyət qarşısında qalıb bunun işıqlandırılmasını istəyirəm. Yəni bilin ki, məktəbdə belə bir mühit var.

162 saylı məktəb bunun yanında yalandır. Hamısı keçən həftə ərzində olmuş məsələlərdir. Aprelin 14-də ad günü tədbiri keçirib, bu video da o ərəfələrdə çəkilib. Tədbirdən 3-4 gün əvvəl çəkilmiş videodur. Direktor oğlanın valideynini yanına çağırtdırıb deyib ki, o videonu mənə verin. Valideyn də verməyib və direktor onu hədələyib. Hazırda Samux Təhsil şöbəsi, Gəncə region təhsil şöbəsi məktəbə tökülüb. Araşdırma aparırlar…”.

Məsələ ilə bağlı Samux rayon təhsil şöbəsindən və adıçəkilən orta məktəbdən münasibət öyrənmək mümkün olmayıb.

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı