veten informasiya agentliyi

“Kristal Abşeron” MTK sakinləri aldadıb – Onlarla mənzil sahibi etiraza qalxdı – FOTO, VİDEO

Tarix:10-04-2019, 10:05
Baxış Sayı:454

“Kristal Abşeron” MTK sakinləri aldadıb – Onlarla mənzil sahibi etiraza qalxdı – FOTO, VİDEO















Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Kristal Abşeron” MTK tərəfindən inşa olunan binalarda yaşayan sakinlər kommunal xidmət haqlarının artırılmasından şikayətçidirlər.

“Kristal Abşeron” MTK-nın Sumqayıt şəhərində 6-cı mikrorayon ərazisində yerləşən binalarda kommunal xidmətlərlə bağlı qiymətlərdə dəyişiklik edilib və xidmət haqları qaldırılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, bu da həmin binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, əvvəllər mənzilin hər 1 kv/m-ə görə 20 qəpik ödəyirdilərsə, indi bu qiymət 30 qəpiyə qaldırılıb. Yaşayış kompleksində mənzilləri olanlar “Kristal Abşeron” MTK-nın qiymət artımına etiraz ediblər. Onlar bu dəyişikliyin büdcələrinə ciddi təsir göstərdiyini və əlavə problemlər yaratdığını bildiriblər.

“Kristal Abşeron” MTK sakinləri aldadıb – Onlarla mənzil sahibi etiraza qalxdı – FOTO, VİDEO


Mənzil sahibləri problemlərinin bununla da bitmədiyini, qiymət artımının qarajlara da tətbiq olunduğunu vurğulayıblar. Əvvəllər qaraja görə 30 manat ödəyirdilərsə, bu aydan qiymətin 50 manata qaldırıldığını deyirlər.

“Kristal Abşeron” MTK-nın 6-cı mikrorayon ərazisində olan binalarının komendantı Anar Ələsgərov açıqlamasında bildirib ki, əvvəllər sözügedən binalarda kommunal xidmət haqqı otaq sayına görə hesablanıb: “Məsələn 1 otağa görə 10 manat, 2 otağa görə 15 manat, 3 otağa görə 20 manat verirdilər. Bu aydan isə sakinlər hər 1 kv/m-ə görə kommunal xidmət haqqı ödəməli olacaqlar. Qaraja gəldikdə isə, əvvəlcədən müqavilə əsasında 30 manat razılaşdırılıb və qiymət dəyişikliyi edilməyib. Bu kompleksdə 400 mənzil var və hər birinə şirkət tərəfindən yüksək xidmət göstərilir. Onların ödədiyi xidmət haqqına zibilin daşınması, blokların işıqlandırılması, təmizlik işlərinin aparılması, liftdən istifadə daxildir. Biz bu barədə sakinlərlə dəfələrlə söhbət etmişik və razılıq əldə etməyə çalışırıq”.

“Kristal Abşeron” MTK sakinləri aldadıb – Onlarla mənzil sahibi etiraza qalxdı – FOTO, VİDEO


Şirkətin əməkdaşı sakinlərin göstərilən xidmət üçün ödəniş etməkdən imtina etdiklərini də vurğulayıb: “Şirkət rəhbərliyi təklif edir ki, əgər bizim xidmətlərdən imtina edirlərsə, kommunal xidmətlərin idarəçiliyi mənzil sahiblərinə verilə bilər”.

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı