veten informasiya agentliyi

Dəmiryol vağzalının qarşısı yenidən “qara bazar”a çevrildi – Video, Fotolar

Tarix:4-04-2019, 13:49
Baxış Sayı:436

Dəmiryol vağzalının qarşısı yenidən “qara bazar”a çevrildi – Video, Fotolar















İstər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində bu haqda yüzlərlə yazılar, yüzlərlə faktlar var. Lakin real bir nəticə gözə görünmür.
Söhbət “28 may” metrostansiyasının arxasında, Azərbaycan Dəmiryol Vağzalının qarşısında toplaşan şəxslərdən, yaxud “qara bazar” nümayəndələrindən gedir. Xeyli müddət əvvəl orada bir nəfərin saxlanılması ilə bağlı məlumat yayılsa da, artıq əraziyə baxış keçirilmir, dəqiq desək, nəzarət edilmir.

Yolumuzu oradan saldıq, artıq o işlə məşğul olan insanlar o qədər sərbəstləşiblər ki, əllərində qalın pul dəstəsi “Dollar-manat” qışqıra-qışqıra gəzirlər. Hətta polislərin gözləri qarşısında.

Adamlardan birinə yaxınlaşdıq, deyir ki, 1 dolları 1.7 AZN-ə, 1.6 AZN-i 1 dollara dəyişirlər. Hətta deyir ki, ərazidə ondan münasib qiymətə dəyişən olsa adını da dəyişər.

Dəmiryol vağzalının qarşısı yenidən “qara bazar”a çevrildi – Video, Fotolar











Soruşduq ki, maksimum neçə dollar dəyişə bilərsiniz?

Adam çəkinmədən deyir ki, üstümdə olan qədər dəyişərəm, bəs eləməsə yarım saata nə qədər desən, dəyişərəm.

Ərazidə “Dollar-dollar” deyə gəzişən daha biri ilə həmsöhbət olduq. Eynən əvvəl danışdığımızın dediyi kimi oldu, bu daha bahaçıl idi. Deyir ki, ancaq böyük məbləğdə pullar dəyişir. Yəni öz dilində desək, xırda-xuruş alverlə işi yoxdur. Ancaq 5 mindən yuxarı olan işləri götürür. 1 dolları 1.65 manata, 1.7 manatı 1 dollara dəyişir. Böyük rəqəmlərlə işlədiyi üçün adamın əlində hesablama cihazı da var. Söhbətləşə-söhbətləşə metroya tərəf gəldik. Metronun qarşısında da əlində pul dəstəsi gəzişənlər var. Xatırladaq ki, fərdi şəkildə vətəndaşın dolları manata, yaxud da manatı dollara dəyişməsi qanunsuz bank fəaliyyəti sayılır ki, bu da qanunla qadağandır.

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı