veten informasiya agentliyi

Növbəti əfv anonsu — KİMLƏR AZADLIĞA ÇIXACAQ...

Tarix:28-01-2019, 10:31
Baxış Sayı:479

Növbəti əfv anonsu — KİMLƏR AZADLIĞA ÇIXACAQ...















“Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, müətmadi olaraq müraciətləri qəbul edir. Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir”.
Bunu modern.az-a açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü qeyd edib ki, daxil olan müarciətlərlə bağlı aidiyyatı üzrə arayışlar hazırlanır.

“Müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Yenə də qanunvericiliyn tələblərinə görə sədrin təşəbbüsü ilə iclaslar çağırılacaq. Hələ ki iclasların vaxtı bəlli deyil. Ümumilikdə əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir. Ona görə də əfv sərəncamının verilib-verilməməsilə bağlı son sözü də ölkə rəhbərliyi deyəcək”.

Ə.Nuriyev Prezidentin təşəbbüsü və humanist addımı ilə hər il Novruz bayramı ərəfəsində əfv sərəncamlarının verilməsinin ənənə halını aldığını vurğulayıb:

“Ona görə bu ilin də istisna olmayacağı gözlənilir”.
Komissiya üzvü hüquq müdafiəçilərinin təqdim etdiyi siyahının da diqqətlə nəzərə alınacağını bildirib:

“Bu, hər zaman belə olub. Prezident hüquq müdafiəçilərinin, Ombudsmanın və digərlərinin müraciətlərini nəzərə alaraq, əfv sərəncamı imzalayır. Söhbət kiminsə “siyasi məhbus”, yaxud hansısa ad altında məhkumluğundan getmir. Söhbət ictimai fəal olan şəxslərin azadlığının müzakirəsindən gedir ki, hər zaman Komissiya tərəfindən buna həssas yanaşılır.

Cənab Prezident bir neçə gün əvvəl hüquq müdafiəçiləri-Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni və mənim bloger Mehman Hüseynovla bağlı müraciətimə müsbət cavab verərək, bir daha deyilənləri təsdiqlədi. Ona görə də əminliklə deyə bilərik ki, Prezident bu kimi məsələləri hər zaman diqqət mərkəzində saxlayır. Bildiyiniz kimi, ötən sərəncamla müxtəlif KİV-lərdə “siyasi məhbus” adlandırılan 12 nəfər azadlığa qovuşdu. Ümid edirik növbəti əfv sərəncamında da bu kateqoriyadan olan şəxslərina adını görə biləcəyik”.

Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı