veten informasiya agentliyi

Valideynlərin DİQQƏTİNƏ! Ölüm saçan uşaq oyuncaqları — VİDEO

Tarix:24-01-2019, 10:27
Baxış Sayı:464

Valideynlərin DİQQƏTİNƏ! Ölüm saçan uşaq oyuncaqları — VİDEO















"Əgər keyfiyyətli oyuncaq ala bilmirlərsə o zaman heç almasınlar"
ARB TV xəbər verir ki, mağazalarda müxtəlif ölkələrdə istehsal olunan oyuncaqlar satılır. Amma çox hallarda bu məhsulların üzərində onların tərkibi haqqında məlumata rast gəlinmir. Uşaq oyuncaqlarının qiyməti aşağı düşdükcə keyfiyyət məsləsi də azalır.

Nuranə Məmmədova - valideyn: "Qızıma oyuncaq alarkən ən çox onun zövqünə oxşamağını istəyirəm. Məsələn, o, gəlinciklərlə oynamağı xoşlayır, nisbətən bahalı oyuncaqlara üstünlük verirəm. 1 dənə alıram, amma keyfiyyətli alıram".

Teyyubə Nadirova - satıcı: "Qızlar üçün daha çox "Barbie" gəlincikləri, oğlanlar üçün maşınlar alınır. Keyfiyyətə də önəm verənlər olur, qiymətə də".

Xüsusilə plastikdən hazırlanan oyuncaqlar azyaşlıların sağlamlığı üçün təhlükəlidir. Keyfiyyətsiz oyuncaqlar uşaqlarda zəhərlənmə, mədə-bağırsaq, dəri-zöhrəvi və yuxarı tənəffüs yollarının müxtəlif xəstəliklərinə səbəb ola bilər.
Şəlalə Həmidova - pediatr: "Oyuncaq və ya əmziklərin keyfiyyətsiz olması səbəb ilə zəhərlənmə halları ilə müraciət edənlər olub. Məsləhətimiz keyfiyyətli oyuncaq alsınlar. Kiçik uşaqlar üçün alınan tibbi ləvazimatları apteklərdən alsınlar. Əgər keyfiyyətli oyuncaq ala bilmirlərsə o zaman heç almasınlar".

Azyaşlılar üçün oyuncaqlar onların yaş dövrünə uyğun seçilməlidir. 1 yaşınadək uşaqlarçün rəngli və cəlbedici, sonrakı dövrlərdə isə zəkasını inkişaf etdirəcək oyuncaqlara üstünlük verilməlidir.

Psixoloq: "Təkcə görüntü olaraq deyil, yaradıcılığını da inkişaf etdirəcək oyuncaqlar olmalıdır. Buna görə də oyuncaqları sadədən mürəkkəbə doğru seçmək lazımdır. Oyuncaq seçərkən cinsiyyət fərqi qoyulmamalıdır".

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı