veten informasiya agentliyi

Qaz pulu 20 qəpikdən hesablanır? – “Azəriqaz”dan açıqlama

Tarix:4-01-2019, 10:19
Baxış Sayı:519

Qaz pulu 20 qəpikdən hesablanır? – “Azəriqaz”dan açıqlama















Qaz sayğacları bəzi yerlərdə hələ də qiyməti 20 qəpikdən hesablayır.

Qafqazinfo xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hüquqşünas Sahib Məmmədov da bu problemlə qarşılaşan şəxslərdən biridir.

O bildirib ki, yanvarın 3-də smart sayğaca yüklədiyi qazı sayğac 20 qəpikdən hesablayıb: “Əməliyyat 03 yanvar 2019-cu ildə baş verib. Təxminən 3 saat vaxt itirib mümkün şikayət mexanizmlərindən istifadəyə cəhd etdim. “Azəriqaz”ın heç bir şikayət mexanizmi işləmir. Telefonla əlaqə cəhdləri də boşa getdi. Energetika Nazirliyinə şikayət göndərdim. Dərhal əlaqə saxlayıb araşdırılacağını bildirdilər”.

“Azəriqaz”ın mətbuat katibi İbrahim Kərbəlayev açıqlamasında bildirib ki, bu cür narahatlıqla qarşılaşan abonentlər “Asan Kommunal”, “Azəriqaz”ın qaynar xətti, sayt üzərindən elektron müraciət formalarından istifadə edərək şikayətini onlara bildirməlidir: “Texniki olaraq belə bir halın baş verməsi mümkün deyil, yanvarın 1-dən etibarən bütün sayğaclar sıfırlanıb. Amma bütün müraciətlər araşdırılacaq və müvafiq cavab veriləcək”.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə hər il yanvarın 1-dən başlayaraq 170 manatlıq (1700 kubmetr) qaz sərfiyyatına kimi hər kubmetr üçün qiymət 10 qəpik, bu limitdən sonra isə 20 qəpikdən hesablanır.

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı