veten informasiya agentliyi

Polis rəisi Rəqsanənin evini əlindən alır

Tarix:13-12-2018, 10:04
Baxış Sayı:693

Polis rəisi Rəqsanənin evini əlindən alır














Qaradağ rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu müğənni Rəqsanə İsmayılovanın mənzilini əlindən alır

Open.az xəbər verir ki, polis rəisi Rəqsanə İsmayılovanı məhkəməyə verərək müğənninin Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

İşə Nəsimi rayon Məhkəməsində baxılıb və polis rəisinin iddiası təmin edilib.

Qərarla razılaşmayan Rəqsanə İsmayılova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məhəmmədovun sədrliyi ilə baxılaraq xüsusi qərar çıxarılıb. Qərara əsasən Rəqsanə İsmayılovanın şikayəti təmin edilməyib.

Bununla da razılaşmayan müğənni Konstutisiya Məhkəməsinə müraciət edib. Hazırda onun şikayəti icraata götürülüb.

Qeyd edək ki, Rəqsanə İsmayılova bir-neçə il əvvəl F.İbrahimovdan 419 min manat borc alıb və müqabilində Nəsimi rayonu ərazisində yerləşən mənzilini girov qoyub.

Müğənni pulu qaytara bilmədiyindən polis rəisi onun mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

Əldə etdiyimiz məlumata görə, Rəqsanə İsmayılova iddia edib ki, borc aldığı pulun 332 min dollarını qaytarıb, lakin əsas borcu qaytara bilməyib. O, borcu tam qaytara bilməməsini dolların qalxması ilə əlaqədar olduğunu bildirib. Hazırda Əli İbrahimov Rəqsanə İsmayılovadan 450 min manat pul tələb edir.

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı