veten informasiya agentliyi

Məktəblərdə Yeni il şənliyi üçün pul yığılmasına Bakı Şəhər Təhsil İdarəsi mövqe bildirib

Tarix:13-12-2018, 09:41
Baxış Sayı:440

Məktəblərdə Yeni il şənliyi üçün pul yığılmasına Bakı Şəhər Təhsil İdarəsi mövqe bildirib















“Paytaxt məktəblərində Yeni il şənliyinin keçirilməsi üçün valideynlərdən pul yığılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) indiyə qədər heç bir müraciət daxil olmayıb”.

Bunu “Report”un sorğusuna cavab olaraq İdarədən bildiriblər.

Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində təqvim ilinin yekunları ərəfəsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbirlərin keçirilməsi tövsiyə olunur: “Müvafiq tədbirlər məktəblilərin Azərbaycançılıq, həmrəylik və birlik ideyaları ruhunda tərbiyə olunması baxımından daha əhəmiyyətli və gərəklidir”.

İdarədən bildirilib ki, ümumi təhsil məktəblərində Yeni il bayramı münasibətilə hər hansı vəsaitin yığılması ilə bağlı valideynlər tərəfindən BŞTİ-yə heç bir müraciət daxil olmayıb: “Belə hallarla rastlaşan şəxslər anonim olmadan Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Tel: (012) 599-12-22; E-poçt: info@baku.edu.gov.az) müraciət edə bilərlər”.

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı