veten informasiya agentliyi

Əflatun Amaşov İFTİRA ATANLARA PIÇILDADI: "Ayıb olsun" - FOTOLAR

Tarix:2-12-2018, 09:33
Baxış Sayı:474

Əflatun Amaşov İFTİRA ATANLARA PIÇILDADI: "Ayıb olsun" - FOTOLAR














Sosial şəbəkədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında iştirak edən Azərbaycanın nümayəndə heyyətinin tərkibində olan Mətbuat Şurasının sədri Əflatun Amaşova qarşı təxribat xarakterli foto yayılıb. Paylaşmada bildirilir ki, yayılmış fotoda guya Azərbaycanın bayrağı masa üzərinə düzgün qoyulmayıb və Şuranın sədri buna biganə qalıb. Mətbuat Şurasının sədri bu təxribatı tədbirdə çəkilmiş gerçək fotoları təqdim edərək ifşa edib.

Publika.az Mətbuat Şurasının sədri Əflatun Amaşovun "Facebook"da paylaşdığı statusu təqdim edir:
Özünü "Irəvan TV" adlandıran birisi status paylaşıb. Guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı düzgün qoyulmayıb və onu düzəltməmişəm. Bohtandır, iftiradır, təqdim edilən şəkil montajdir! Həmin şəxs bilmir ki, mən hansı beynəlxalq tədbirə yollanıramsa, özümlə bir bayraq da götürürəm (Bilmək olmaz, təşkilatçı tərəf bizim bayrağımızı tapmaqda çətinlik çəkə bilər). Hər dəfə iclas salonuna daxil olanda bayrağımızın harada, necə yerləşdiriməsini müşahidə edirəm. Yeri gələndə onun şəklini də çəkirəm.

İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil iclas başlamamışdan əvvəl çəkilib. Üç rəngli möhtəşəm bayrağımız vuqarla dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb (http://www.pabsec.org/news-details.asp?id=495&hl=en). 3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir. Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!

Əflatun Amaşov İFTİRA ATANLARA PIÇILDADI: "Ayıb olsun" - FOTOLARƏflatun Amaşov İFTİRA ATANLARA PIÇILDADI: "Ayıb olsun" - FOTOLAR

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı