veten informasiya agentliyi

Gələn ildən sürücülər belə cərimə olunacaq

Tarix:1-12-2018, 13:13
Baxış Sayı:489

Gələn ildən sürücülər belə cərimə olunacaq
















Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar edilib cərimə olunacaq.
Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, həllini gözləyən əsas məsələlərdən biri Bakı küçələrindəki tıxaclarla bağlıdır: "Söz yox ki, tıxaclar dünyanın bütün paytaxt şəhərlərində var. Lakin süni yollarla tıxaclar və ya nəqliyyatın hərəkətində sıxlıqların yaradılmasının qarşısını almaq istiqamətində iş gedir. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, hansısa tikinti şirkətinin icazəsiz olaraq inşaat işləri aparması, yaxud da bina tikintisi zamanı yola çıxışın düzgün hesablanmaması süni tıxaclara səbəb olur".
Tıxac problemindən danışarkən V.Kərimli qeyri-qanuni parklamaları xüsusi qeyd edib:

"Qeyri-qanuni parklamaların qarşısının alınması ilə bağlı tədbirlərin icrası Bakı Nəqliyyat Agentliyinə tapşırılıb. Artıq bir neçə gündür həmin inzibati xətalara görə cərimələrin tətbiqinə başlanılıb. Əməkdaşlarımız ilkin olaraq bunu planşetlər vasitəsilə yerinə yetirirlər, icazə verilmədiyi yerlərdə dayanma-durma qaydalarının tələblərinə riayət etməyən sürücülərə qarşı cərimə tətbiq olunur. Amma yeni ildən bunu kameralar vasitəsilə edəcəyik, çünki kamera olduqda şəffaflıq təmin edilir, statistika daha doğru aparılır. Avtobusların hərəkətinin nizamlanması, taksilərə dair kvotaların tətbiqi üzrə tədbirlər proqramının, eləcə də taksilərə və taksi sürücülərinə dair tələblərin hazırlanması, küçələrdə piyada səkilərinin yenidən bərpası istiqamətində iş davam edəcək"

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı