veten informasiya agentliyi

Zeytun bağındakı hasarı Bakı merinin tapşırığı ilə Adil Vəliyev sökdürüb – RƏSMİ

Tarix:27-11-2018, 10:56
Baxış Sayı:503

Zeytun bağındakı hasarı Bakı merinin tapşırığı ilə Adil Vəliyev sökdürüb – RƏSMİ














Sabunçu rayon İcra Hakimiyyəti 1-ci Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsindəki zeytun bağı ətrafına qanunsuz hasar çəkilməsi məsələsinə aydınlıq gətirib.
İH başçısının köməkçisi Müslüm Mahmudov BakuPost-a açıqlamasında deyib ki, 1993-cü ildən həminə ərazidə Ağdam məcburi köçkünləri məskunlaşıb.
Rayonda 40 minə qədər qaçqın və məcburi köçkün olduğunu, onların bir qisminin bağçalarda və digər yerlərdə məskunlaşdığını nəzərə çatdıran M. Mahmudov zeytun bağının ətrafına qanunsuz hasar çəkilməsi faktı üzə çıxan kimi məsələnin dərhal araşdırıldığını bildirib: “Zəbt olunma faktı aşkarlanan zaman Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev burada yox idi. Zəbt olunma faktı araşdırıldı və İcra Hakimiyyətinin başçısı gələn zaman ona məlumat verildi. İcra başçısının göstərişi ilə qısa müddətdə məsələ həllini tapdı. Ötən həftənin şənbə günü hasar söküldü, daşları da ərazidən daşındı. Sadəcə Adil müəllim olmadığı üçün 2 gün gözləmişdik”.
İcra Hakimiyyəti başçısının köməkçisi qeyd edib ki, ümumiyyətlə, Sabunçu rayonu ərazisində bütün qanunsuz tikililərə qarşı ciddi tədbirlər görülür
Qeyd edək ki, bu gün Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BakuPost-a açıqlamasında bildirib ki, məsələ barədə mətbuatda məlumat yer aldıqdan sonra dərhal hasarın sökülməsi ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qurumlarına tapşırıq verilib: “Bağın ətrafındakı hasar dərhal söküldü. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfində söküntü qalıqları da yığışdırıldı”.
İ. Kərimov ərazinin kim tərəfindən hasarlanması məsələsinin araşdırılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinə tapşırıq verildiyini də nəzərə çatdırıb.

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı