veten informasiya agentliyi

Tələbə və pensiyaçılara İNANILMAZ İMKAN: nəqliyyatdan istifadə güzəştli ola bilər...

Tarix:7-11-2018, 12:11
Baxış Sayı:472

Tələbə və pensiyaçılara İNANILMAZ İMKAN: nəqliyyatdan istifadə güzəştli ola bilər...














Tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə baxıla bilər.

Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxtın nəqliyyat sahəsində görülən işlər və problemlərdən danışarkən deyib.

V.Kərimli bildirib ki, BNA-nın fəaliyyətə başladığı ilk ildə mövcud problemlər və onların araşdırılması, zəruri istiqamətdəki addımlar analiz olunub: "Problemləri mərhələli şəkildə - qısamüddətli və ortamüddətli hədəflər şəklində müəyyən etmişik. Ən zəruri məsələ avtobus parklarının yenilənməsidir. Bütün dünyada belə bir təcrübə var ki, şəhər daha çox avtomobil deyil, piyadaların istifadəsi üçün hazırlanmalıdır. Şəxsi nəqliyyat vasitələrinin daha az olması üçün isə ictimai nəqliyyatın işi yüksək səviyyədə olmalıdır. Bunun üçün parkinq yerləri, ictimai nəqliyyatın daha əlçatan olması vacibdir. Hazırda məhz bu istiqamətdə işlərimizi davam etdiririk. Agentliyin hədəfi Bakı standartlarını yaratmaqdır".

Agentlik rəhbəri yaxın zamanlarda avtobuslara qoyulan tələblərin açıqlanacağını deyib: "Nəqliyyat vasitəsinin həm daxili, həm xarici tərtibatı, həm də texniki göstəriciləri, ən əsası isə təhlükəsizlik məsələləri əsas şərt kimi qoyulub".

O qeyd edib ki, paytaxt küçələrində bu günə qədər 3 mindən çox pandus, eləcə də piyadaların təhlükəsizliyi üçün tumbalar quraşdırılıb: "Bu işlər davam etdiriləcək, fiziki məhdudiyyətli insanların ən çox getdiyi yerlərdə, küçələrdə, ən çox olduqları binaların pilləkənlərində pandusların quraşdırılmasına, eyni zamanda panduslu avtobuslara üstünlük veriləcək. Həmçinin, gözdən əlil insanların daha rahat hərəkəti üçün sədlərin düzəldilməsi nəzərdə tutulub. Avtobuslar da panduslu olmalıdır, əks təqdirdə, hansı daşıyıcıya məxsus olmasından asılı olmayaraq, həmin avtobuslar fəaliyyət göstərə bilməyəcək".

V.Kərimli sürücülük mədəniyyətinə də toxunub: "Sürücülük mədəniyyətinin olmaması da tıxaca səbəb olur. Məsələn, bu gün zolaqlar üzrə düzgün hərəkətə demək olar ki, çox az rast gəlinir. Yolda 3 zolaq var, amma görürsən ki, 4-5 avtomobil yan-yana dayanıb. Zolaqlar elə-belə düşünülməyib, zolaqların sayı fövqəladə hal yarandığı təqdirdə, vətəndaşın avtomobildən rahat çıxışını təmin etmək üçündür. Əfsuslar olsun ki, sürücülər buna riayət etmir. Sürücü həm qaydaları pozur, həm də tıxacdan şikayət edir. Tıxacı da biz insanlar yaradırıq, qəzaları da biz törədirik. Sürücülük mədəniyyəti sürücülük vəsiqəsi əldə olunan andan sükan arxasına keçilənə qədər formalaşmalıdır".

BNA rəhbəri tıxaclardan danışarkən tikinti işlərini də xüsusi vurğulayıb: "Bəzən görürük ki, yolu bağlayıb beton tökürlər. Kimdən icazə aldıqları da məlum deyil. Qəribədir ki, bu işlər, ya səhər tezdən, ya da axşam saatlarında edilir. Deməli, tıxacı da, sıxlığı da özümüz yaradırıq. Bizim əsas məqsədimiz inzibati tənbeh tədbirlərini bir qədər də gücləndirməkdir. Təbii ki, bu, çətin bir proses olacaq, amma əsas odur ki, şəffaflıq təmin olunacaq".

V.Kərimli deyib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumilikdə şəhərdə tıxacların azaldılması üzrə 40-dan çox layihə təqdim edilib: "Məsələn, "Yol-1" çox vacib layihədir. Bu, Tbilisi prospekti ilə bağlı layihədir. Buradan İzmir prospektinə qədər yol kəsişmələri və geridönmələr tamamilə analiz edilib. Hazırda müvafiq qurumlar tərəfindən ərazidəki kommunikasiya xətlərinin köçürülməsi işlərinə baxılır. Bakı Nəqliyyat Agentliyi problemi araşdıraraq həll yolu təklif edən qurumdur. işin texniki tərəfləri isə digər qurumlar tərəfindən həyata keçirilir. Necə ki, 3-cü mikrorayon dairəsində layihə yekunlaşmaq üzrədir, paralel olaraq, 4-cü mikrorayon dairəsi layihəsinə də başlayacağıq".

Onun sözlərinə görə, Bakıda tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə də baxıla bilər: "Hazırda "BakıKart" 150-yə yaxın avtobusda istifadə olunur. Bütün avtobusların kart sisteminə keçməsinə hazırlıq gedir. Dəqiq tarix söyləmək çətindir, lakin kart sistemi üzrə işlər yekunlaşdıqdan sonra avtobuslarda gediş haqqının ödənişi üçün həm tələbə, həm də pensiya kartlarının tətbiqi müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilə bilər".

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı