veten informasiya agentliyi

Azərbaycanda bu məmur “TOPAZ”ın yarısını satın aldı – Milyonluq razılaşma

Tarix:4-11-2018, 12:48
Baxış Sayı:500

Azərbaycanda bu məmur “TOPAZ”ın yarısını satın aldı – Milyonluq razılaşma















Türkiyənin “Turkcell” şirkəti, “TOPAZ” brendinin sahibi, Azərbaycanın “Azərinteltekt” şirkətindəki payını “Baltech Investment” MMC şirkətinə satıb. Satınalma yekunlaşdıqdan sonra “Baltech İnvestment”nin “Azerinteltek” şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksələcəkdir.

Marja.az-a istinadən xəbər verir ki, “Turkcell” şikəti “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin (İnteltek) kapitalının 55%-nə sahibdir. “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ” isə Azərbaycanda fəaliyyət göstərən “Azerinteltek” şirkətinin 51%-nə sahib idi.

Azərbaycanda bu məmur “TOPAZ”ın yarısını satın aldı – Milyonluq razılaşma









“Şirkətimizin (Turkcell-in) 55%-nə ortaq olduğu “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin, “Azerinteltek”də sahib olduğu 51% və ya 51.000 AZN nominal dəyərində payının hamısının, “Azerinteltek”in 24,5 faiz ilə səhmdarı olan “Baltech Investment”ə 19 milyon 530 min 177 avro müqabilində satışına qərar verilmişdir”, – “Turkcell”dən bildirilib.

“Azərinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda fəaliyyət göstərmək üçün 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

Qeyri-rəsmi məlumata görə, “Azerinteltek”də 75,5% paya malik olacaq “Baltech Investment LLC” şirkəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanova məxsusdur.

“Azerinteltek” şirkətinin qalan 24,5 faizinin isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olduğu iddia edilir.

Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevir Universitetində FACİƏ: Ölən var
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı
Könül Qasımova yenidən həbs olundu
Könül Qasımova yenidən həbs olundu
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Türkiyədə viza böhranı: Boş qəbul vaxtları satılır - QARA BAZAR
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı
Ailə başçısını itirməyə görə bu qədər şəxs pensiya və müavinət aldı