veten informasiya agentliyi

Azərbaycanda 16 tikinti şirkəti məsuliyyətə cəlb edilib

Tarix:22-09-2018, 11:47
Baxış Sayı:478

Azərbaycanda 16 tikinti şirkəti məsuliyyətə cəlb edilib















Son üç ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar xəttinə tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 16 tikinti obyekti üzrə araşdırmalar aparılıb və tədbirlər görülüb:

“Tullantıların düzgün idarə olunmamasına görə “Azadlıq Residence” MMC, “Cavid-2016” MMC, “Elite City” MMC barəsində protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.

Eyni zamanda “Bina” MTK, “Bizim Ev” MMC, “Pilot-İnşaat A” MMC, “Retro Holding” MMC, “Azəri Tikinti Şirkəti” MMC, “İlk İnşaat Taahhüt Sanayi və Ticarət Anonim” Şirkəti, “Grand Plaza” MMC, “Malibo” MMC, “Araz-2011A” MMC, “N-Turan” MMC, “Kəmər İnşaat” MMC, və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilib”.

Umayra Tağıyeva qeyd edib ki, heç kimin belə fikri yoxdur ki, tikintilər dayandırılsın, karxanalar olmasın:

“Bu mümkün deyil. Şəhərimizdə böyük tikinti işləri aparılır, şəhərimiz gözəlləşir, bunlar göz qabağındadır. Lakin bu gözəl işlər, gərək əhalimizin səhhətinə mənfi təsir göstərməsin. Məqsədimiz ondan ibarətdir ki, istənilən fəaliyyət qəbul olunmuş ekoloji normativlərə uyğun aparılsın.

Olmaz ki, həm abadlaşma, tikinti işləri aparılsın, həm də insanların rahatlığına, sağlamlığına zərər gəlməsin. Əlbəttə ki olar. Buna görə müxtəlif qoruyucu texnologiyalar mövcuddur. Bu sahədə çalışan şəxslər öz fəaliyyətlərini qəbul olunmuş ekoloji normalara uyğun qurmalıdırlar.
Nazirliyimiz tərəfindən bu məsələyə ciddi nəzarət var. Buna görə də qısa müddətdə bu sahədə artıq dönüş yaranmalıdır”.

Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Azərbaycandan Ermənistana bu qədər məhsul ixrac edildi
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Azərbaycanın neft və qaz ixracından gəlirləri açıqlandı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanıldı
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı