veten informasiya agentliyi

Kamran Əliyev vitse-prezident seçildi

Tarix:18-09-2018, 10:34
Baxış Sayı:357

Kamran Əliyev vitse-prezident seçildi















Sentyabrın 9-dan 13-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 46-cı iclası, 23-cü illik konfransı və ümumi yığıncağı keçirilib.

Trend məlumatına görə, konfransda 90 ölkədən 450-dən artıq şəxs, prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.

Konsfrans zamanı həmin qurumun ali orqanı olan İcraiyyə Komitəsinə keçirilmiş seçkilər zamanı ölkəmizin ədliyyə və prokurorluq orqanlarının Assosiasiyanın fəaliyyətinə vermiş olduğu töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr nəzərə alınmaqla Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Assosiasiyanın İcraiyyə Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib.

BPA – bütün dünya prokurorlarını bir qurumda birləşdirən ilk və yeganə beynəlxalq təşkilat olmaqla 1995-ci ildə BMT-nin Vyana ofisində yaradılıb. BPA-nın formalaşmasına əsaslı təkan verən amillər sırasında transmilli cinayətkarlığın ciddi şəkildə güclənməsi, xüsusən də narkotiklərin qanunsuz dövriyyəsinin intensivləşməsi, korrupsiya və çirkli pulların yuyulması kimi cinayət növlərinin ildən ilə artması olub.

Xatırladaq ki, K.Əliyev eyni zamanda Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.

K.Əliyev Prezidentin 05.08.2014-cü il tarixli Sərəncamı ilə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilərək, ona II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Avtomobil bazarında qiymətlər BAHALAŞIB
Avtomobil bazarında qiymətlər BAHALAŞIB
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib