veten informasiya agentliyi

“Pis-pis saytların hamısını bağlamaq lazımdır” — Deputat

Tarix:17-08-2018, 10:33
Baxış Sayı:397

“Pis-pis saytların hamısını bağlamaq lazımdır” — Deputat














Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputat Rauf Əliyev ötən gündən etibarən Azərbaycanda bəzi porno saytlara girişin məhdudlaşdırılmasına münasibət bildirib.
Deputat “Ölkə.Az”a açıqlamasında bu addımı təqdir edib:

“Əslində, həmin saytlar çoxdan bloklanmalı idi. Mən hər zaman deyirəm ki, biz Avropaya inteqrasiya ediriksə, Avropanın yaxşı tərəflərini özümüzə nümaunə götürməliyik. Əvvəllər bağlı idi, heç kəs Avropanın pis cəhətlərini görə bilmirdi. Ancaq indi azadlıqdır, internet əsridir, hər kəs internetə daxil olub nə istəsə, ona baxa bilir. Biz Avropanın yaxşı cəhətlərini götürməliyik. Daha bu cür pis məqamları deyil. Nə olsun ki, Avropaya inteqrasiya edirik, Avropanın bütün cəhətlərini özümüzə götürə bilmərik!”.

R.Əliyev qeyd edib ki, sözügedən porno saytlar Azərbaycana xas olmayan cəhətləri ölkəmizdə yaya bilir:

“Həmin saytlara girişin Azərbaycanda bağlanılmasını tam dəstəkləyirəm. Bu çox doğru addımdır”.

Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən hərbiçiləri şantaj edən və “reket jurnalist” fəaliyyətilə məşğul olan dəstə üzvlərinin həbsi məsələsinə də toxunan deputat bildirib ki, bu cür saytları da dərhal bağlamaq lazımdır:

“Həmin şəxslər jurnalistlərin də adını ləkələyirlər. Onlar da saytlarda insanları şantaj edirdilər və sairə. Hesab edirəm ki, bu cür adamlara qarşı mübarizəni daha sərt aparmaq laızmdır ki, onlar cəmiyyətimizdən birdəfəlik yox olsunlar. Ümumiyyətlə, pis-pis saytların hamısını bağlamaq lazımdır. İnsanları maarifləndirən saytlar olmalıdır. Mən dəfələrlə demişəm ki, telekanallarda da maarifləndirici verilişlər olmalıdır. Təbii ki, bunlar olmayanda cavanlar da pis-pis şeylərə baxırlar”.

Aygün Kazımova bu universitetdə konsert verəcək
Aygün Kazımova bu universitetdə konsert verəcək
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
Qanunsuz silah-sursat aşkarlandı
Qanunsuz silah-sursat aşkarlandı
Bu gün Həcc ziyarəti başa çatır
Bu gün Həcc ziyarəti başa çatır
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Avtomobil bazarında qiymətlər BAHALAŞIB
Avtomobil bazarında qiymətlər BAHALAŞIB