veten informasiya agentliyi

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı Prezidentdən sərəncam

Tarix:7-08-2018, 11:36
Baxış Sayı:343

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı Prezidentdən sərəncam















Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin reallaşdırılması istiqamətində qarşıya qoyulmuş hədəflərdən biri Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, 2018-ci il mayın 14-də açılışı olmuş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. Kompleks ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm yer tutmaqla, idxal, ixrac və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyasını yerinə yetirərək, Xəzər dənizi üzərindən effektiv, sürətli və təhlükəsiz keçidi təmin edir.
Sərəncamla Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10,2 milyon manatı İqtisadiyyat Nazirliyinə ayrılıb.

Aygün Kazımova bu universitetdə konsert verəcək
Aygün Kazımova bu universitetdə konsert verəcək
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Ermənistan müxalifəti nə etməlidir? - MSK sədrindən tövsiyə
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
Həlak olan 4 azərbaycanlının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
XİN-dən münaqişə zonalarına səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
Qanunsuz silah-sursat aşkarlandı
Qanunsuz silah-sursat aşkarlandı
Bu gün Həcc ziyarəti başa çatır
Bu gün Həcc ziyarəti başa çatır
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
Avtomobil bazarında qiymətlər BAHALAŞIB
Avtomobil bazarında qiymətlər BAHALAŞIB